"Transparency International" – Beynəlxalq Şəffaflıq təşkilatının hər il açıqladığı korrupsiya indeksində Azərbaycan sonlarda qərarlaşır. Bu ilin yanvarında açıqlanan hesabatda Azərbaycan 23 balla 180 ölkə arasında 157-ci yeri tutub.
Təşkilat bildirib ki, "ölkənin tamamilə təmiz olduğunu" göstərən 50 ballıq minimal balı yığa bilməyən ölkələrdə korrupsiya sahəsində ciddi problemlər var.
Vətəndaşlardan Azərbaycanda hansı sahələrdə rüşvətin olduğunu soruşmuşuq.