Jurnalist Hafiz Babalı və iqtisadçı Toğrul Vəliyev bu gün Bakı Şəhər Baş Polis İdarəsində dindiriliblər.
Onlar "Abzas Media"nın işi ilə bağlı sorğu-sual ediliblər.
Onlar əsasən “Abzas Media”nın fəaliyyəti ətrafında sualları cavablandırdıqlarını bildiriblər. Bundan əvvəl jurnalistlər Sahilə Aslanova, Nərgiz Absalamova, Elnarə Qasımova, Mina Əlyarlı da eyni iş üzrə dindirilmişdilər.