Serifikatınız varmı?
-Var.
Göstərə bilərsiniz?
-Yox.
Niyə?
-Evdədir.
Bəs vətəndaşlar sertifikat istəsələr, evdən gedib gətirəcəksiniz? -
-Lazım olsa, gedib gətirərəm.
Dönər həm sərfəli, həm də tez hazır olduğu üçün vətəndaşların ən çox üstünlük verdiyi “fast food”lardandır. Amma ara-sıra dönərdən zəhərlənmə hallarına rast gəlirik.
Oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 4 məktəbdə təhsil alan 23 şagird zəhərlənmə şikayəti ilə xəstəxanaya çatdırılıb. AQTA şagirdlərin dönərdən zəhərləndiyini bildirib. Onlar tibbi yardım alıb, sağalıb, xəstəxananı tərk etsələr də, şəhərdə hələ də yoxlanışdan keçməyən ətlərdən hazırlanan dönərlər satılır.