Noyabrın 21-də Abzas Media-nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onların evində və ofisdə axtarışlar aparılıb. Ülvi Həsənliyə qarşı cinayət işi açılıb.
Həmin gün ictimai fəal Məhəmməd Kekalov da mülki geyimli şəxslər tərəfindən evindən zorakılıqla aparılıb. Vəkili bütün cəhdlərinə baxmayaraq, onun haqda heç bir məlumat almaq mümkün olmadığını deyib.