Polşada Qubad İbadoğlunun həbsinə etiraz olaraq fləş-mob keçirilib. Bu, ATƏT-in "Varşava İnsan Ölçüsü" Konfransı zamanı baş tutub. Etirazçılar "korrupsiya ilə mübarizə cinayət deyil" yazılı köynəkləri ilə tədbirə qatılıblar. Çıxışçı Ketlin Elizabet Uotters hökumətdən Q.İbadoğlunu dərhal azad etməsini istəyib: “Dr. İbadoğlu Azərbaycanda saxta ittihamlarla həbs olunan, ədalətli məhkəmədən məhrum edilmiş, həbsxanada pis davranılmış, ailələri və sevdiklərindən kənarda tutulan çoxsaylı siyasi məhbusdan yalnız biridir. Azərbaycan Dr. Qubad İbadoğlu da daxil olmaqla siyasi məhbusları qeyd-şərtsiz və dərhal azadlığa buraxmalıdır”