Prezidenti tənqid etmək olmaz?

23 Oktyabr 2023
Mətni dəyiş

 

“Azərbaycanda vətəndaşı sadəcə susdurmaq istəyirlər. Siyasət budur ki, vətəndaş sussun. Danışan vətəndaş problemdir”.

Son zamanlar ictimai-siyasi fəalların ölkə başçısı İlham Əliyevi tənqid etdiklərinə görə saxlanıldıqları bildirilir. “Orda mənə bildirdilər ki, sən bunu mütləq şəkildə silməlisən. Mən də açığı etiraz etmədim.

Elə onların gözünün qarşısında sildim. Məndən tələb etdilər ki, bir daha belə bir şey yazma. Ümumiyyətlə şərh yazma. Mən də heç nə, yazma, yazma da...” Saxlanılanlardan İlkin Cəlilov sonradan azadlığa buraxılıb. O deyib ki, oktyabrın 18-də axşam saatlarında yaşadığı ərazinin sahə rəisi ona zəng edərək bölməyə çağırıb. Bölmədə o, sosial şəbəkədə prezidentin çıxışının altında yazdığı şərhə görə təhdid edildiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun