“Mehriban xanım, əgər sən doğrudan da Qazağa, Tovuza gələndə xalqınla görüşmək istəyirsənsə, o boyda mühafizə, polis nəyə lazımdır?! Bir vətəndaş sənə yaxınlaşa bilirmi? Harda yaltaq var onlar yaxınlaşır sənə. De, ay xalqım, nə şikayətin var?
Onda bilərsən bu xalqın dərdini. Yoxsa polis təşkil edib yola düzür, vətəndaş qapısından da çıxa bilmir. Hər qapının ağzına bir polis qoyur”. Tovuz sakini Mübariz Əsgərov səhər açılandan ta axşama qədər yol kənarında meyvə-tərəvəz satmaqla ailəsini dolandırır. Deyir ki, televiziya kanallarında bolluqdan, gözəl güzərandan danışılsa da, onun soyuducusu boşdur. O, rəsmilərə çağırış edir ki, gəlib reallıqla tanış olsunlar.