“Bax, bu evin yiyəsi ayın 27-də rəhmətə gedib. Hüzrə bir nəfər də gələn olmadı palçıqdan, qardan... Meyiti burdan yuxarı güclə çıxardılar”.
Müşfiqabad qəsəbəsində 40 ailə yaşayır. Deyirlər ki, yağış, qar yağanda az qala şəhərlə əlaqələri kəsilir: “İnsanlara kömək olmurlar. Heç bir məmur adama baxmır.
Ancaq yeyirlər. Yeyinti nə qədərdir. O yeyintini bir az azaldın, camaatın da şikayətinə baxın”.