“-Pendir neçəyədir?
-Pendir 5-6 manatdır.
-Pensiyanı vermirlər ki, gələk bazarlıq edək.
-Niyə vermirlər?
-Gec verirlər də”.
Səhərin gözü açılmamış pensiyaçılar Sabunçu bazarında işə başlayırlar. Kimisi dərmanlarının pulunu çatdırmaq, kimi də aylıq xərclərini qarşılamaq üçün piştaxtanın arxasına keçir. Onların hamısının bir ortaq problemi var. Deyirlər ki, pensiyaları kifayət qədər olsaydı, səhər tezdən yuxularına haram qatıb işləmək əvəzinə, indi evdə nəvələrini əzizləyərdilər.