“Atam korrupsiya etməyib, xalqın büdcəsini talamayıb. Əliyev rejiminə qarşı mübarizə apardığına görə, bu gün o, öz canı ilə əlləşir”
Nigar Həzi 12 gündür aclıq aksiyası keçirən müxalif siyasətçi Tofiq Yaqublu ilə görüşmək istəyir. Bu gün xəstəxanada onun atası ilə görüşünə icazə verilib. Tofiq Yaqublu qanunsuz həbsinə və həbsxanadakı şəraitsizliyə etiraz olaraq aclığa başlayıb.
Nigar atasının yanaşı xəstəlikləri olduğuna görə onun səhhəti ilə bağlı narahatdır.