“Hesab edin ki, saat 6-da mənim işim qurtarıbsa, 1 saat yarım otururam işdə və sonra başqa işlərimin ardınca gedirəm. Elə olur ki, mənim hər hansı işim olur və bunu saat 6-da həll etməliyəm. İnanırsınız, əlimdən gələni edirəm ki, işim tıxac vaxtına düşməsin. Amma bəzən bu, mümkün olmur. Elə olanda yaşadığım stressi heç bir şeydə yaşamıram". Gənc hüquqşünas
Röya Məlikzadə iş vaxtı qurtarsa da, hər gün digər işlərinin ardınca getmək üçün 1 saat ləngiyir. Səbəb şəhərdəki tıxaclardır.