https://www.youtube.com/watch?v=cpWrE3FbQV8
Azərbaycanda korrupsiya bir çox sahədə olduğu kimi, təhsil sahəsində də özünəməxsus paya sahibdir. Aparılan bir sıra araşdırmalar göstərir ki, uzun illər ərzində təhsil sahəsində nəzərdə tutulan islahatların həyata keçməməsinin əsas səbəblərindən biri də məhz elə korrupsiyadır.
Korrupsiya ilə mübarizənin təşviqi məqsədilə 2016-cı ildə təsdiqlənmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”da qeyd olunurdu ki, ali və orta ixtisas təhsili müəssisələrinin tədris proqramlarına antikorrupsiya mövzusu əlavə ediləcək, tələbələr üçün ictimai mühazirə və seminarlar keçiriləcək.
AbzasMedia məsələ ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə sorğu ilə müraciət etsə də, qurumdan cavab almaq mümkün olmayıb.
Araşdırmalarımızdan məlum oldu ki, sözügedən Fəaliyyət Planı üzrə heç bir fəaliyyət olmayıb və hazırda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində müəyyən işlər nəzərdə tutulub. Bütün proqramlar nəzərə alınaraq müvafiq dövrdə təhsil sahəsinə ayrılan vəsaitlərin taleyi də qeyri-müəyyən olaraq qalır.