44 günlük müharibən sonra Tərtərin Yuxarı Qaradağlı kəndində həyat normala qayıdır.
Sakinlər artıq yavaş-yavaş təsərrüfat işlərinə başlayıblar.
Pambıq yığımı mövsümü başa çatıb, amma aramsız mərmilər sakinlərə vaxtında işlərini bitirməyə imkan verməyib.
Yerli dövlət orqanları cəbhə kəndlərinin sakinlərinə dəyən ziyanın əvəzində yardım ediləcəyini deyiblər.
Lakin bunun nə vaxt və hansı məbləğdə olacağı barədə məlumat yoxdur.
Hələ ki, Azərbaycan höküməti müharibədən və onun təsirlərindən mülki əhaliyə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün plan açıqlamayıb.