Ağdamın Novruzlu kəndindən olan Məhəmməd Sadıqovun 27 ildi uzaq düşdüyü evini bu iki əşya xatırladır: soyuducu və iki dəmir çarpayı.
Ağdam və rayonun bir çox kəndi 1993-cü ildə işğal edilib. O danışır ki, kəndləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin kəndləriylə sərhəd olduğundan onlar buna qədər də hücum altında olublar və 1990-cı ildə kəndə atılan qrad nəticəsində bacısı həyatını itirib.
Müharibədən əvvəl Ağdamda çaxır zavodunda sürücü işləyən Məhəmməd Sadıqov məcburi köçkün düşdükdən sonra bənnalıq etməyə başlayıb: Məhəmməd Sadıqovu doğma kəndindən cəmi 110 kilometr ayırır.
Maşınla saat yarıma çata biləcəyi doğma kəndi 27 ildir ki, işğal altında olduğundan ora gedə bilmir.
Təxminən 7 ildir ki, Azərbaycan hökuməti onlar üçün Mingəçevirdə saldığı qəsəbədə yaşayıblar: Amma Məhəmməd Sadıqov deyir ki, kəndləri alınan kimi hər şeyi beləcə burda qoyub öz doğma evinə gedəcək.