Dünya

Türkiyə və Yunanıstanın xarici işlər nazirləri görüşüblər

1 dəqiqə
Türkiyə və Yunanıstanın xarici işlər nazirləri görüşüblər

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yunanıstanlı həmkarı Nikol Dendiasla Slovakiyanın paytaxtı Bratislavada görüşüb.

Məlumatına görə, nazirlər Aralıq dənizinin şərqindəki vəziyyəti, Kipr adası ətrafında meydana gələn anlaşılmazlığı müzakirə ediblər.

Görüşdə nazirlərin Azərbaycan Ordusunun Qarabağda torpaqları azad etmək üçün həyata keçirdiyi əks-hücum əməliyyatı ilə əlaqədar məsələlərlə bağlı fikir mübadiləsi etdikləri də ehtimal olunur.

Qeyd edək ki, Azərbaycan Yunanıstandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun