Dünya

Qırğızıstan prezidenti istefaya hazır olduğunu deyir

1 dəqiqə
Qırğızıstan prezidenti istefaya hazır olduğunu deyir

Bu bəyanatdan bir neçə saat öncə Jeyenbekovun idarəsi bildirirdi ki, prezidentin istefası “müzakirə olunmur”




Qırğızıstan Prezidenti Sooranbay Jeyenbekov yeni hökumət təsdiqlənən kimi istefaya hazır olduğunu deyib. O, açıqlamanı oktyabrın 9-da verib.


“Legitim icra orqanı təsdiqlənəndən və biz hüquqi yola dönən kimi Qırğızıstan Respublikasının Prezidenti postundan getməyə hazıram”, – o, vebsaytında yaydığı bəyanatda vurğulayıb.


Bu bəyanatdan bir neçə saat öncə Jeyenbekovun idarəsi bildirirdi ki, prezidentin istefası “müzakirə olunmur”.


Hökumət başçısını razılaşdıra bilmirlər


Bu arada oktyabrın 4-də parlament seçkisini uduzmuş siyasi partiyalar ölkədə etirazlar təşkil edir, siyasi liderlərlə danışıqlar gedir.


Prezidentin təklifi hakimiyyətin transferini yüngülləşdirə bilər, amma onun şərtlərinin icrasının mümkün olub-olmayacağı bəlli deyil.


Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun