Kim Çen In üzr istəyib ağladı

Kim Çen In üzr istəyib ağladı
12 Oktyabr 2020
Mətni dəyiş
[embed]https://youtu.be/EHzrim-7duo[/embed]

Şimali Koreya lideri Kim Çen In xalq qarşısında etdiyi səhvlərə görə üzr istəyib və göz yaşı töküb.

“Qafqazinfo” “Korea Times” nəşrinə istinadən xəbər verir ki, KXDR rəhbərinin Koreya Əmək Partiyasının 75 illiyi şərəfinə təşkil olunan hərbi paradda etdiyi çıxışda xalqa təşəkkürünü bildirib və həyatlarını düzəldə bilmədiyi üçün peşman olduğunu vurğulayıb.

“Xalqımız mənə güvəndi, güvəni göy qədər uca və dəniz qədər dərin idi, amma hər zaman onların ümidlərini doğrultmağı bacarmadım. Məni bağışlayın”,- deyə Kim Çen In qeyd edib.

“Daily Mail” nəşrinin yayımladığı kadrlarda isə onun eynəyini çıxarıb göz yaşlarını sildiyi görünür.

Bəzi mütəxəssislər ölkə başçısının koronavirusa qarşı kifayət qədər təsirli mübarizə siyasəti apara bilmədiyinə görə üzr istədiyini düşünür.

Qeyd edək ki, KXDR liderinin daha əvvəllər etdiyi çıxışlar əsasən şablon xarakter daşıyır və ölkənin hərbi gücünü təsvir etməyə yönəlirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun