Gəncəyə son raket hücumunun şahidləri danışırlar: "Biz buradan cəsəd yığdıq"

Gəncəyə son raket hücumunun şahidləri danışırlar: "Biz buradan cəsəd yığdıq"
19 Oktyabr 2020
Mətni dəyiş
[embed]https://youtu.be/9VgBcv_gKcQ[/embed]

Gəncədə oktyabrın 17-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin raket hücumu nəticəsində azı 14 nəfər həlak olub, 40-dan çox yaralı var.

Elə ailə var ki, o, dörd yaxınını birdən itirib. İki uşağın itkin düşdüyü bildirilir.

Gecə saatlarında atılmış raket şəhərin mərkəzində 20-yə qədər evi yerlə yeksan edib, raket zərbəsindən, qəlpələrdən əraziyə yaxın yerləşən evlər yararsız hala düşüb.

Tanınmamış Dağlıq Qarabağ respublikasının silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhərinə raket zərbəsindən sonra bildirib ki, Gəncədə bir sıra hərbi obyektlər var.

Azərbaycan Müdafiə Nazirliyi isə döyüş bölgəsinin Dağlıq Qarabağda olduğunu, erməni silahlı qüvvələrinin dinc insanları hədəfə aldığını bildirib.

BBC News Azərbaycancanın müxbirinin Gəncədən reportajı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun