Gəncə sakini: "O uşaqları görəndə, öz dağılmış evim yadımdan çıxdı"

Gəncə sakini: "O uşaqları görəndə, öz dağılmış evim yadımdan çıxdı"
22 Oktyabr 2020
Mətni dəyiş
[embed]https://youtu.be/AS680YijwaU[/embed]

Oktyabrın 17-də gecə vaxtı erməni silahlılarının Gəncəyə atdığı raketlərdən biri də şəhərin başqa ərazisinə düşüb. Burada bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Solmaz Kazımova dağılmış evdən salamat çıxanlardandır. Sakinlər çat vermiş, tavanı uçmuş evlərinə indi kənardan baxırlar.

Onlar danışırlar ki, min bir əziyyətlə özlərinə gün-güzəran qurmuş, ev-eşik tikmişdilər. Evlərin çoxu yararsız hala düşüb.

Sakinlərin bir çoxu qohumlarının evinə sığınıb, bəziləri kirayə evlərə köçüb. Azərbaycan rəsmiləri bildiriblər ki, hökumət dağılan evləri yenidən tikəcək.

Oktyabrın 17-də şəhərə atılan 2 raket zərbəsi nəticəsində 14 insan ölüb, 57 sakin yaralanıb.

Gəncə cəbhə bölgəsindən azı 60 kilometr uzaqdadır. Azərbaycan və Ermənistan arasında döyüşlər sentyabrın 27-də başlayıb.

Tərəflər arasında humanitar atəşkəs elan edilsə də, tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun