Çavuşoğludan İsveçin XİN rəhbərinə sərt reaksiya

Çavuşoğludan İsveçin XİN rəhbərinə sərt reaksiya
13 Oktyabr 2020
Mətni dəyiş

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İsveçin XİN rəhbəri  Ann Linde ilə ortaq mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, tədbir gərgin anlarla yadda qalıb. Belə ki, A. Lindenin “Türkiyəni Suriyadan çəkilməsi mövzusunda xəbərdarlıq edirik”,- deməsinə Çavuşoğlu sərt reaksiya verib.

“Həmkarım bəzi ifadələr işlətdi, cavab vermək istəyirəm. Diplomatik aləmdə “urge” kəliməsini istifadə etmək birinə yuxarıdan aşağı baxmaq mənasındadır. Bu, doğru yanaşma deyil. Səhv sözdən istifadə etdi.

Siz kimdən aldığınız səlahiyyətlə Türkiyənin Suriyadan çəkilməyini istəyirsiz? Və yaxud xəbərdarlıq edirsiz? Niyə PKK, YPG-yə dəstək verirsiz? Biz Suriyanı bölmək istəmirik. Siz amma Suriyanı bölmək istəyən PKK-ya dəstək olmaq üçün Türkiyənin çəkilməyini istəyirsiz? Beynəlxalq hüquqda belə şey var? Siz kimin adına bizi xəbərdarlıq edirsiz?”, - deyə Türkiyə Xarici İşlər naziri qeyd edib.

M. Çavuşoğlunun sözügedən mövzu ilə bağlı çıxışına 1 dəqiqə 20-ci saniyədən baxa bilərsiz:

[embed]https://youtu.be/-A2V2CwZhoI[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun