Dünya

Belarusda 500-dən çox etirazçı saxlanıb

1 dəqiqə
Belarusda 500-dən çox etirazçı saxlanıb

Polis Minskin mərkəzində etirazçıları su şırnağı, səs qumbaraları, gözyaşardıcı qazla dağıdıb, küçələri, metro stansiyalarını bağlayıb




Oktyabrın 11-də Belarusun təhlükəsizlik qüvvələri Minskdə 500-dən çox etirazçını saxlayıb. Müşahidəçilər bunu Alyaksandr Lukaşenkanın avtoritar idarəçiliyinə etiraz edənlərə ən zorakı divantutma sayırlar.


Polis Minskin mərkəzində etirazçıları su şırnağı, səs qumbaraları, gözyaşardıcı qazla dağıdıb, küçələri, metro stansiyalarını bağlayıb.


586 nəfər saxlanıb


Minskdə və başqa şəhərlərdə azı 40 jurnalist olmaqla 586 nəfərin saxlandığı xəbər verilir. Məlumatı “Vyasna” insan haqları qrupu yayıb.

1994-cü ildən hakimiyyətdə olan Lukaşenka 9 avqust seçkisinin qalibi elab olunandan sonra ölkəni etirazlar bürüyüb. Müxalifət seçkinin saxtalaşdırıldığını deyir.


Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun