Oktyabrın 8-də Ermənistanın Bərdə şəhərini atəşə tutması nəticəsində 7 nəfər xəsarət alıb, Azərbaycan baş prokurorluğu bildirir.
Məlumata görə, cümə axşamı səhər saat 10 radələrindən başlayaraq, Bərdə rayonu müxtəlif istiqamətlərdən raket və artilleriyadan ardıcıl atəşə tutulub.
Baş Prokurorluq bildirib ki, Bərdə şəhərinin mərkəzində yerləşən "Qədim Bərdə" restoranına raket düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Bundan baaqa mərmilərdən biri Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşüb və daha 5 nəfərin yaralanmasına səbəb olub.
Bərdə rayonu birbaşa cəbhə xəttində yerləşməsə də intensiv atəş altıbda ola Tərtər və Ağdamla sərhəddir.
Lakin son günlərdə həm Bərdə şəhəri, həm də onun bir neçə kəndi atəşə tutulur, Azərbaycan tərəfi bildirir.