İyulun 27-də Moskvada beş minə yaxın insan meriya binasınnın qarşısına, müxalitətin təşkil etdiyi etiraz aksiyasına çıxıb.
Əsas tələb Moskva şəhər Dumasına (şəhər parlamenti) sentyabrın 8-də baş tutacaq seçkilərdə müstəqil namizədlərin qeydiyyata alınmasından ibarətdir.
Məlumata görə, polislə iştirakçılar arasında bir neçə toqquşma baş verib. Xüsusi təyinatlılar yerdə uzanmış etirazçıları dəyənəklərlə döyüblər.
Müşahidəçilərin bildirdiyinə görə, 1000 nəfərdən çox insan, o cümlədən bir neçə müstəqil namizəd saxlanılıb.
Aksiya dağıdıldıqdan sonra insanlar kiçik qruplara bölünüb inadla mərkəzə doğru irəliləməyə çalışıblar.
Etirazlar iki həftə əvvəl başlayıb
Qeyri-parlament partiyalarından olan namizədlər (əsasən müxalifətçilər) bir neçə min seçici imzası toplamalı idi. Onlar imzaları toplayıblar. Amma müxalif siyasətçilərin söylədiyinə görə, qeydiyyat zamanı kütləvi saxtalaşdırma baş verib.
Onların sözlərinə görə, seçki komissiyasının üzvləri seçicilərin məlumatlarını elektron sistemə köçürdükləri zaman qəsdən yanlışlara yol veriblər ki, sonra buna əsasən onların imzalarını etibarsız çıxarsınlar.
Müxalif siyasətçilər küçələrə çıxıblar. Bu əsasda qeydiyyata alınmayan həmin namizədlərdən biri Lyubov Sobol bildirir ki, "Əgər indi bu seçkilər oğurlansa, bizdə bir daha heç vaxt seçki olmayacaq".
Жесткие задержания на Трубной площади. Видео: МБХ медиа pic.twitter.com/CMd8LcTDDx
— МБХ Медиа (@MBKhMedia) July 27, 2019
Moskvada hakimiyyətin Moskva şəhər Dumasına seçkilərdə müstəqil namizədləri qeydiyyata almamasına qarşı etiraz mitinqləri və yürüşləri iyulun 14-dən başlayıb.
İndiyə qədər ən kütləvi mitinq iyulun 20-də baş tutub, bu aksiyada 25 min nəfərə yaxın etirazçı iştirak edib.
Həmin mitinqdə Rusiya müxalifətinin lideri Aleksey Navalnı təklif edib ki, əgər müstəqil namizədlər seçkilərə buraxılmazsa, etiraz əlaməti olaraq iyulun 27-də Moskvanın mərkəzində paytaxt meriyasının binası qarşısında toplaşsınlar.
Moskva parlamentinə seçkilər niyə mühümdür?
Moskva şəhər Duması sıradan qanunverici orqan deyil, çünki Rusiya Konstitusiyasına əsasən, Moskva federasiya subyekti hesab olunur. Şəhər parlamenti qanunverici təşəbbüs hüququna malikdir.
Orada müstəqil namizdlərin olması birincisi, leqal kütləvi etirazların keçirilməsi imkanlarını genişləndirir.
İkincisi, Moskva büdcəsi iki trilyon rubla çatıb. Mediada dərc olunan çoxsaylı materiallardan bəlli olur ki, Rusiya paytaxtında korrupsiya mümkünsüz həddə çatıb.
Жесткие задержания на Трубной площади. Видео: МБХ медиа pic.twitter.com/CMd8LcTDDx
— МБХ Медиа (@MBKhMedia) July 27, 2019
Moskva məmurları dəyəri on milyon dollarlarla ölçülən əmlakalarını qohumlarının üzərinə qeydiyyatdan keçirirlər.
Müstəqil namizədlərin büdcəyə çıxışının olması korrupsiyaya qarşı araşdırmalar – müxalifətin hakimiyyətə qarşı mübarizə alətlərindən biri üçün yeni imkanlar yarada bilər.
45 yeri olan şəhər şurası böyük bələdiyyə büdcəsinin idarə edir. Şura hazırda Kreml tərəfdarı Birləşmiş Rusiya partiyasının nəzarəti altındadır. Sentyabrın 8-də beş il müddəti olan bu yerlərin hamısı uğrunda səsvermə aparılacaq.
Hakimiyyətin reaksiyası
İyulun 27-də baş tutan mitinq ərəfəsində polis gözqorxutma əməliyyatı ilə məşğul olub. Etiraz liderləri – Aleksey Navalnı və müstəqil namizədlər 8 sutkadan 30 sutkaya qədər inzibati həbsə məhkum ediliblər. Onların mənzillərində və ofislərində axtarışlar aparılıb. Hətta onların yaşlı qohumlarının evlərində də axtarış baş tutub.
Polis Navalnının YouTube-da etirazı yayımlayan video studiyasına daxil olub və proqramın lideri Vladimir Milonovu həbs edib.
Polis həmçinin etirazı işıqlandıran onlayn televiziya stansiyası Dojd-da axtarış aparıb, kanalın baş redaktoru Aleksandra Perepelova isə İstintaq Komitəsində dindirlib.
Etirazdan öncə İlya Yaşin, Dmitri Qudkov və İvan Jdanov daxil olmaqla bir neçə müxalifət üzvü həbs edilib.
Onlara qarşı hansı ittihamların irəli sürüləcəyi hələ ki, məlum deyil.
Sosial şəbəkələrdə hakimiyyətin aksiyanı amansızca yatırmaq qərarı aldığı haqda anonim məlumatlar yayılmağa başlayıb.
Смотрите, какое противостояние!https://t.co/vHfO6NY3Ky pic.twitter.com/cuYlFtcpp4
— Илья Варламов (@varlamov) July 27, 2019
Seçicilərin reaksiyası
Gözqorxutma əməliyyatı effektiv olmayıb. İlk olaraq Rusiyada tanınan insanlar etirazlarını bildiriblər:
Vaxtilə dünya birincisi olan tenisçi Yevgeni Kafelnikov:
“Mən 27-də namizədlərə görə yox, gələcəyi və azadlığı demək olar ki, quldur əməllərilə əlindən alınan xalqıma görə gedəcəyəm”.
Jurnalist və bloger Yuri Dud (Youtube-da 5 milyon abunəçisi olan kanala sahibdir):
“İctimai müzakirələr əzələsi ölmüş, normal seçkilərin isə ümumiyyətlə olmadığı cəmiyyətdə insanlar küçələrə çıxmalı olurlar”.
Akademik, Nəzəri Fizika İnstitutunun keçmiş direktoru Vladimir Zaxarov:
“Mən sabah Moskva Dumasına bir sıra namizədlərin buraxılmamasına qarşı mitinqə gedəcəm. Bu, hakimiyyət səlahiyyətlərindən sui-istifadədir və cinayət təqibi nəzərdə tutur”.
[caption id="attachment_80349" align="aligncenter" width="1280"] AP Photo/Pavel Golovkin[/caption]Materialın hazırlanmasında "Jamnews", "The Moscow Times" və bir neçə blogerin məlumatlarından istifadə olunub.