(tərbiyə dağarcıqları oxumasınlar)
- Qardaş, malımı aparıbsan, pulumu ver. Nə qədər olar?
- Nə? Ə, qoduq, bilirsən mən kiməm? Sənin bütün nəslin atamın çörəyini yeyib. Səni çığnayaram. Bu cındır skladını başına uçuraram, altında it kimi ölərsən.
- Cığğğğ... bummm... vıyyy...
- Vurdu. Salamat çıxmaz ordan. Bax dilçəyin yoxdu niyə dilini çıxarırsan.
- Ölümü gəlibmiş. Hammer tank kimiymiş. O cür divarı, dəmiri necə dağıdıb keçdi.
- Salam, yenə nə oldu? Niyə qarışdı? Yenə hansı cındırqılış özünü pis apardı – vurdular?
- Olan oldu. Baxın görün, bəlkə sağdır, heç olmasa, bir yana çatdırın, o kişi zibilə düşməsin.
- Hammerin təkərinin altından salamat çıxmaq olar? Bala, gördün qabağındakı Hammerlidir, çəkil də.
- Gərək o gədə dilini dinc qoyaydı. Böyük-kiçik yeri bilmir.
- Kimdirsə, yəqin bir qələti varmış.
- O, bacısı Kanadalıya ərə gedən gədədir də. Xeyirli adam da bacısını kanadalıya verər? Özü burda sklad işlədir, allah bilir, bacısı oturub Kanadada nə oyunlardan çıxır.
- Qoçaq oğlan imiş, bir dəqiqəyə susdurdu. Yəqin banditdir.
- Vuran? Yox əşi, mən tanıyıram. Nə bandit? Güloğlanın oğludur, atası hamımızın ağsaqqalıdır.
- Məndən yaxşı tanıyammazsan, əsilli-nəsillidirlər.
- Onu tanımayan var ki? Bütün Zırıstan bölgəsi onun çörəyini yeyir.
- Güloğlanın oğlu deyil, qardaşıoğludur. Oğlundakı Hammer deyil, Bentleydir. Nəsillərinin 400 illik tarixi var.
- Mən tanıyıram, bibioğlunun qaynının şərikidir. Özü Nuvorişilovların kürəkənidir. Bilirsən də babaları marşal olub. Məndə Nuvorişilovun köməkçisinin telefonu var. İstəyirsən bu dəqiqə zəng edim. Aramız sazdır.
- Mən də tanıyıram, Güloğlanoğlunu. Ana tərəfdən babası sınaqlı seyid idi, mamamın ağzına tüpürüb.
- Bax denən arığın nə işi var qoruqda.
- Adamsız adamın nə adamlığı.
- Bir qələti olmasaydı vurmazdılar.
- Deyir, Güloğlanın bacısı oğlu vurub qaçıb, bəs day-day zamanıdır də.
- Əşi, dünya belə dünyadır. O günü televizorda gördünüz, Berlində də biri adam vurub qaçmışdı.
- Hər yerdə olur belə şeylər.
- Ə, niyə qaçmalıdır ki. Elə vurub gedib də. Dövran onlarındır.
- Hansı Güloğlanın? O Moskvada çoxlu obyektləri olan Güloğlan? Ona batmaq olar?
- Hə, tanıdım, qardaşı da doktor nauk, professordu. Neçə uşaq qəbul elətdirib biz tərəflərdən - saya gəlməz.
- Qaynı Dağıstanda bütün obyektləri fırladır. Bir dəfə oturmuşduq. Çeçenistandan, Siciliyadan kimlər yox idi. Onda gördüm bu nə oğlandır.
- O Güloğlanın babası çox hörmətli adamıydı. Bizim Qaravaşlıda rəis işləyirmiş. Bir gün yuxarıdan əmr gəlir ki, 60 nəfər xalq düşməni gətirməlisən. Kişi kimi vuruşur, çalışır. 60-ı 40-a endirir, sonra onların 15-nin güllələnməsini Sibirlə əvəz eləyir. O vurulanın babasının da qanının arasına girir. Həmin 15 nəfərdən biri o idi. Rəisin yerinə kim olsaydı 70 nəfəri güllələtmişdi.
- Kişinin haqqı var boynumuzda. Bir dəfə atam uşaq olub, rayon mərkəzinə təzə gəlibmiş. Buna şər atıb qoduqluqda itin zülmünü veriblər. Day butılkadan belə. Sonra rəis baxıb deyib ki, ə yaxşı uşağa oxşayır, işiniz olmasın. Bir serjanta da şapalaq vurub. Hə. Özü şəxsən cəzalandırırdı.
- Budur, liberast da gəldi. İndi başlayacaq kim vurdu? Şahidlər kimdir? Sənədləşdirin. Guya, bunun Avropasında belə şeylər olmur. Hüquq harda var ki, burda da olsun.
- Ə, niyə susdun, prava kaçat eləməkdən bir şey çıxmadı?
- Susmuram, bayaqdan eşidə-eşidə gəlirəm, deməyə uyğun bir söz axtarıram... Hamınız apologetsiniz.
- Təhqirə keçmə, liberast. Götlər sənin Hollandiyandadır.
- Orda kişi-arvad bilinmir. Bizi də o günə qoymaq istəyir sizin kimi oğraş tərbiyəsizlər.
- Soysuz, əsil-nəsilsiz. Biz sizlər kimi götümüzü ortaya qoymarıq, namusumuz, qeyrətimiz, milli mentalitetimiz var, tərbiyəmiz var.
- Bu liberast bura ara qatmağa gəlib.
- Düşmənə işləyir...
***
- Şahidlər, hərəniz bir cümləylə olanları deyin.
- Yoldaş hakim, mənim rəhmətlik atam ömrü boyu kolxozda aktivist olub, əmək zərbəçisi olub, həmişə halal çörək yemşəm. Biz orda şirin-şirin söhbət elədiyimiz yerdə bu gəlib bizi təhqir elədi.
- Yoldaş hakim, o bizə göt dedi. Bizim 7 arxadan dönənimizdə elə adam olmayıb. Bu çox ağır təhqirdir.
- Yoldaş hakim, mən həmişə düzgün, obyektiv adam olmuşam. Adlı-sanlı müəlliməm, Ordenim də, fəxri qramotam da var. Sizin qərarları da həmişə alqışlamışam. O, bizə alagöt dedi. Mənim qanım təmizdir. Əslim-nəslim bəllidir. Bu liberastlar kimi soysuz-köksüz deyiləm. Mənim rəngim birdir. Heç yerim ala-bula deyil. İstəsəniz açıb göstərərəm.
- Yoldaş hakim, bu adam bizim asayişimizi, əmin-amanlığımızı pozmaq üçün bəhanə gəzir. Orda xırda bir qanqaraçılığı olmuşdu. Oldu getdi də. İndi bu gəlib aranı qarışdırırdı.
- Yoldaş hakim, bu adama sual olunur, sən düşmən casusu deyilsənsə, nəyinə lazımdır, harda nə olur.
- Yoldaş hakim, belələrinin hörmətli adamları gözü götürmür. Hammerdə gəzən niyə pis adam olsun ki. Bacarır, qazanır də.
- Ə sus. Böyük olan yerdə kiçik danışmaz. Yoldaş hakim, bu mənim oğlumdur. Bunun da başı bir az işləmir. Bir ara gedib onlara qoşulmuşdu. Nə Hammer? Orda bir cındır Jiquliydi, görünür, tormozu-zadı xarab imiş, indiki zamanda hansı görməmişin əlinə 1000 manat keçdi bir Jiquli alıb qaza qoyur. Hanı keçmiş zamanlar? Onillərlə oçüredə durmalıydın, layiq idinsə almalıydın. İndi hər gədə-güdə bir nol şestdə gəzir.
- Yoldaş hakim, bilirsiniz, mən kiməm, mən həkiməm. Bir tibb eksperti olaraq deyə bilərəm ki, onu vuran maşının çəkisi uzağı 800 kq ola bilərdi. Jiquli olması şübhəsizdir.
- Yoldaş hakim, mən dəqiq bilirəm ki, Güloğlan müəllim, xalqımızın qeyrətli oğludur. Onun arxasınca yalnız müəyyən xəbis, gözügötürməyn adamlar danışa bilərlər.
- Yoldaş hakim, mən bir kollegiya üzvü vəkil kimi yox, bir vətəndaş kimi deyirəm. Mən də ordaydım. Ömrü boyu haqqın tərəfində olmuşam. Biz orda bunu danışmağa qoymadıq. Bircə kəlmə dedi, o da adamların kişiliyinə təhqir idi. Ağzından vurduq. Ancaq voopşe bilirik ki, prava kaçat eləməyi xoşlaylır. Elə olmasaydı, kollegiyadan qovulanlarla durub-oturmazdı. Gör danışmağa qoysaq nələr eləyərdi. Belələrini voobşe susdurmaq lazımdır.
- Yoldaş hakim, mən demək əməkdar jurnalistəm. Deməyimi əməyimi bu yolda qoymağım kimi yorumlamanızı rica edirəm. Yəni şöhrətpərəst deyiləm, yeri gəlmişkən, bildirmək istəyirəm ki, indi əlinə hər qələm alan uşaq-muşaq yazır, ancaq gərək sözün qədrini biləsən, hər yanda hər şeyi danışmayasan, deməyimi ona gətirib çıxarıram ki, bu antixalq ünsürü elə şeyləri danışmaq istəyir ki, onu demək olmaz. Dost var, düşmən var, bəlkə kimin nə sürdüyünü qıraqdan bilmək istəyənlər var, bəlkə düşmənlərimiz onu izləyirlər. Niyə evin sirrini açıb-ağardaq. Deməyimin mənası budur ki, hər şeyi açıb göstərmək olmaz. Mən həmişə tayfamıza, elimizə xidmət eləmişəm. Qəza ola bilər, dükan uça bilər, dünyanın hər yerində belə şey olur. Xalqımız yığılıb yola verəcək. Allah ölənə rəhmət eləsin. Ancaq bu liberastın xalqı təhqir eləməsinə göz yuma bilmərik. Kişinin ən çox qorumalı şeyini təhqir eləyib. Xalqımızın gözəl məsəli var, biri cəsarətsiz olanda deyir həmin şeyin çatmır. Yəni birbaşa kişiliklə bağlı sözdür bu. Mən xahiş edirəm, hətta tələb edirəm ki, elimizi təhqir edən, sirrimizi ora-bura daşıyan, düşmən dəyirmanına su tökən bu ünsür ən ağır cəzaya layiq görülsün.
* * *
Son söz.
- Yoldaş hakim, bircə onu deyim ki, kiminsə dərisinin rənginə ilişmək mənim prinsiplərimə ziddir. Mən insanların dininə, irqinə ciinsinə, rənginə görə ayrı-seçkiliklə üzləşməsinə qarşıyam. Əgər mənim təhqir eləmək fikrim olsaydı, onlara alagöt deməzdim, götyalayan deyərdim.