Ülvi Həsənli və Sevinc Vaqifqızının həbs müddətləri növbəti dəfə uzadılıb

12 June 2024
Mətni dəyiş

İyunun 12-də “Abzas Media”nın direktoru Ülvi Həsənlinin və baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti daha 3 ay uzadılıb.

S.Vaqifqının vəkili Elçin Sadıqov bildirib ki, Xətai Rayon Məhkəməsində istintaq orqanının həbs müddətlərinin uzadılması ilə bağlı vəsatəti təmin edilib.

Vəkil əlavə edib ki, təcridxanada digər saxlanılan qadınların təhqirə və zorakılığa məruz qalmaları ilə bağlı halları ictimailəşdirdiyinə görə, Sevincin ailəsilə telefon danışıqlarına qeyri-rəsmi qadağa qoyulub.

Ülvi Həsənlinin vəkili Fəxrəddin Mehdiyev qeyd edib ki, Xətai Rayon Məhkəməsinin verdiyi qərarlardan apellyasiya şikayəti verəcəklər.

Related News

Subscribe to stay updated