

Sevinc Vaqifqızı
“Abzas Media”nın baş redaktoru
Sevinc Vaqifqızı “Abzas Media”nın baş redaktoru və Azərbaycanın aparıcı araşdırmaçı jurnalistlərindən biridir.
O, tələbəlik illərindən jurnalistika ilə məşğul olub, “Bizim Yol”, “Azadlıq” və Meydan TV kimi media qurumlarında çalışıb.
“Abzas Media”da baş redaktor kimi Prezident İlham Əliyevin ailəsi, yüksək rütbəli məmurlar və Qarabağda aparılan yenidənqurma işləri ilə bağlı korrupsiya araşdırmalarına rəhbərlik edib.
Peşə fəaliyyəti boyunca dəfələrlə təzyiq, saxlanma, izlənmə və təqiblərlə üzləşib.
2025-ci ilin iyununda “Abzas Media işi” üzrə 9 il azadlıqdan məhrum edilib.
Yerli və beynəlxalq insan hüquqları və media azadlığı təşkilatları onu siyasi məhbus kimi tanıyıb və azadlığa buraxılmasını tələb ediblər.



