Araşdırma: ƏDLİYYƏ MÜŞAVİRİNİN BAKI İSTİNTAQ TƏCRİDXANASINDAKI AİLƏ BİZNESİ

17 Fevral 2026
Mətni dəyiş

Bakının mərkəzindən təxminən 23 kilometr uzaqlıqda yerləşən, müxtəlif cinayətlərdə ittiham olunan şəxslərin saxlanıldığı Bakı Həbsxanasında vəzifəli şəxslər, necə deyərlər, daşdan da, sudan da pul çıxarırlar.  

Son 2 ildə müxtəlif vaxtlarda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasındakı rüşvət, korrupsiya, fiziki və psixoloji işgəncələrlə bağlı materiallar dərc olunub.  

"Abzas Media"nın yeni araşdırması ilə məlum olub ki, indi bu təcridxana Ədliyyə Nazirliyinin yüksək rütbəli şəxsinin ailə biznesi üçün satış məkanına çevrilib.

Araşdırmamız göstərir ki, 3-cü dərəcəli ədliyyə müşavirinin atasına məxsus sexdə istehsal olunan meyvə şirələri bu müəssisəyə satılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun