Bakının mərkəzində polis reydi: 100-ə yaxın LGBTQ+ vətəndaşın saxlanıldığı bildirilir

Bakının mərkəzində polis reydi: 100-ə yaxın LGBTQ+ vətəndaşın saxlanıldığı bildirilir Foto: sosial media
29 Dekabr 2025
Mətni dəyiş

Dekabrın 26-da Bakının mərkəzi küçələrindən birində yerləşən ictimai məkanda polis reydi keçirildiyi bildirilir. LGBTQ+ icma üzvlərinin məlumatına görə, reyd zamanı 100-ə yaxın şəxsin saxlanılıb.

İcma nümayəndələrinin dediyinə görə, polis saxlanılanları kütləvi qaydada bölmələrə aparıb. Onların sözlərinə görə, insanlar uzun müddət soyuq havada küçədə gözlədilib, bu zaman bəzi şəxslərin səhhəti pisləşib və huşunu itirənlər olub.

İddialara görə, polis bölməsində saxlanılanlarla kobud rəftar edilib. Bir neçə nəfər fiziki zorakılığa məruz qaldığını bildirib. Həmçinin qadınlardan birinin saçının kəsildiyi, bir nəfərin isə dişinin sındığı qeyd olunur.

İcma üzvləri əlavə edirlər ki, polis əməkdaşları saxlanılanlara qarşı alçaldıcı ifadələr işlədib, onları təhdid edib və bəzi şəxslərdən azadlığa buraxılmaları müqabilində 50–100 manat arasında pul tələb olunub. Saxlanılanların bəzilərinin “məhkəməyə çıxarılmaq” və “əsassız narkoloji testlərə məcbur edilmək” hədələri ilə üzləşdiyi də vurğulanır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və digər aidiyyəti rəsmi qurumlar hələlik hər hansı açıqlama verməyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun