Dünya

Rusiyada Zelenskinin baş rolunda oynadığı serialın yayımı dayandırılıb

1 dəqiqə
Rusiyada Zelenskinin baş rolunda oynadığı serialın yayımı dayandırılıb

Rus telekanalı TNT öz proqram axınından Ukrayna prezidenti Vladimir Zelenskinin baş rolda oynadığı "Xalqın xidmətçisi" serialını çıxarıb. Bundan öncə serialın artıq 3 seriyası bu kanalda yayımlanmışdı.

"Xalqın xidmətçisi" adlı serial 2015-ci ildə çəkilib və baş rolunda Vladimir Zelenski oynayıb. Filmdə o sadə həyat yaşayan tarix müəllimi Vasiliy Petroviç Qoloborodkodur və gözlənilmədən ölkənin prezidenti olur.

TNT telekanalı "Xalqın xidmətçisi" serialını dekabrın 11-də yayımlayıb, orada Rusiya prezidenti Vladimir Putin haqda zarafatlar kəsilib. Lakin, buna baxmayaraq serial yenə də efirdən yığışdırlıb.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun