Dünya

ABŞ prezidentliyinə namizəd Blumberq amerikalıları daha dörd il Trampa dözməməyə çağırır

1 dəqiqə
ABŞ prezidentliyinə namizəd Blumberq amerikalıları daha dörd il Trampa dözməməyə çağırır

Nyu-Yorkun keçmiş meri Maykl Blumberq rəsmi olaraq ABŞ prezidenti postuna namizədliyini verəcəyini bəyan edib. O bu posta Demokratlar partiyasından müraciət edəcək. O deyib ki: "Mən bu prezidentlik yarışmasına girib Donald Trampa qalib gələcəyəm və Amerikanı bərpa edəcəyəm".

"Bundan sonra 4 il də prezident Trampın görünməmiş əxlaqsız hərəkətlərinə dözə bilərik" - deyə 77 yaşlı mediamaqnatı Blumberq bildirib. O Trampı Amerikaya və Amerika dəyərlərinə təhdid adlandırıb. Blumberqin fikrincə Trampın yenidən seçilməsi onun ABŞ-a vurduğu zərərləri dərinləşdirə bilər.

Qeyd edək ki, Blumberq də Tramp kimi milyarderdik. Onun şəxsi varidatı 50 milyard dollardır. O 2001-2013-cü illər arası Nyu-Yorkun meri olub, əvvəl bu posta Respublikaçılar partiyasından seçilsə də, sonra müstəqil namizəd kimi seçilib. O 2018-ci ildə Demokrat partiyasına keçib. Bu yaxınlarda keçirilmiş sorğulara görə ABŞ prezidentinin postuna ən real namizəd keçmiş vitse prezident Co Bydendir. Ondan sonra Elizabet Uorren Berni Sanders gəlir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun