14 Noyabr 2016
Mətni dəyiş
Çin Dövlət Başçısı Xi Jinping, ABŞ prezidentliyinə seçilən Donald Trump ilə telefonla danışıb.
Çin Mərkəzi Dövlət televiziyasına (CCTV) görə, Çin prezidenti Xi və ABŞ-ın yeni rəhbəri Trump telefon danışığı zamanı iki ölkə arasındakı əlaqələri müzakirə edib.
Görüşdə Xi, Çin-ABŞ əlaqələrində tək doğru variantın iş birliyi olduğuna işarə edərək, iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsinin lazım olduğunu söyləyib. Çin-ABŞ əlaqələrinin böyük əhəmiyyət daşıdığını ifadə edən Xi, həm ABŞ və Çin, həm də qlobal iqtisadiyyatın böyüməsinin təşviq edilməsi və tərəflər arası koordinasiyanın gücləndirilməsinin vacibliyini də vurğulayıb.
Trump da öz növəsində Çinin son illərdəki inkişafının diqqət çəkdiyini və Çin-ABŞ əlaqələrinin irəli getdiyini qeyd edib. İki lider, tərəflər arası məsələlərdə fikir mübadiləsi, yaxın zamanda bir araya gəlmə və yaxın ünsiyyəti davam etdirmə mövzusunda razılaşıblar.
Qeyd edək ki, Trump dövründə xüsusilə regional mövzularda iş birliyini artırmaq və iki ölkə arasındakı problemlərdən qaynaqlanan təzyiqi salmaq istəyən Pekin rəhbərliyi, yeni bir səhifə açmaq istəyir.