10 Noyabr 2016
Mətni dəyiş
Yeni Zelandiyanın immiqrasiya saytı ABŞ-da prezident seçkilərinin nəticələri açıqlandıqdan sonra sayta girişin kəskin artdığı barədə məlumat yayıb.
İmmiqrasiya Yeni Zelandiya (İNZ) bildirib ki, onların internet səhifəsinə 24 saat ərzində 56300 giriş olub, bu təxminən 2,500 faiz artımdır.
Adətən sayta gündəlik orta hesabla 2300 giriş olur.
Kanadanın immiqrasiya saytına da çərşənbə günü giriş artdığı üçün sayt fəaliyyətini dayandırmışdı.
Donald Trump ABŞ-da keçirilmiş prezident seçkilərində gözlənilməz qələbə qazanıb.
Yeni Zelandiyada yaşamaq, işləmək, təhsil almaq və ölkəyə yatırım etməklə bağlı məlumatın olduğu internet saytına girişdə də eyni artım müşahidə edilib.
Bəzi amerikalılar bildiriblər ki, onların Yeni Zelandiyaya marağı cənab Trump-ın qələbəsi ilə bağlıdır.