15 Noyabr 2016
Mətni dəyiş
Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev rüşvət alarkən həbs olunub. İstindaq Komitəsi nazirə qarşı cinayət işinin açıldığını bildirib.
İstintaq Komitəsinin mətbuat xidmətinin rəhbəri Svetlana Petrenko mətbuata bildirib ki, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev “Rosneft” şirkətinə “Başneft”-in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət alıb.
Nazir hazırda həbsdədir və ona qarşı istintaq-əməliyyat tədbiri həyata keçirilir. S. Petrenkonun sözlərinə görə, nazir rüşvət alan zaman saxlanılıb.
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov məsələyə münasibət bildirərkən qeyd edib ki, Ulyukayevə qarşı ciddi ittiham irəli sürülüb və bu ittihamın da ciddi sübutları olmalıdır. "İstənilən halda qərarı ancaq məhkəmə verə bilər" - deyə o əlavə edib.