Hökumət tənqidçilərini hansı vasitələrlə güdür?

13 June 2024
Mətni dəyiş

Seymur Həzi: “100 manat uşaqpulu verməyən bir hökumət milyardlar verib onu tənqid edənləri araşdırır”

Azərbaycan hökuməti illərdir öz tənqidçilərini susdurmaq üçün onları təqib edir, təzyiq altında saxlayır. Tarixin müxtəlif dövrlərində jurnalistlər, siyasi xadimlər, fəallar bu cür təzyiq, təqib və qarayaxma kampaniyalarıyla üzləşiblər.

Aksiyalarda iştirak edənlərin məlumatları mobil provayderlərdən alınaraq polisə ötürülüb, tənqidçi jurnalistlər, siyasi fəaliyyətlərinə görə fəallar və onların yaxın qohumları intim görüntü videoları ilə şantaj olunublar. 2021-ci ilin iyulunda məlum oldu ki, hökumət öz tənqidçilərini həm də kütləvi şəkildə dinləyirmiş.

Belə ki, 17 beynəlxalq media qurumu dünyada minlərlə insanın İsrailin “NSO Group” şirkətinə məxsus casus “Pegasus” proqramının hədəfinə çevrildiyini üzə çıxarıb. 50 min telefon nömrəsindən ibarət məlumat bazası mediaya sızdırılanda məlum oldu ki, siyahıda Azərbaycan hökumətinin casus proqramı ilə izlədiyi 1000-dən çox telefon sahibi olub.

Related News

Subscribe to stay updated