29 March 2021
Mətni dəyiş
Rejissor Vudi Allen son 30 ildə susduğu mövzularda böyük həcmli bir müsahibə verib. Müsahibə 2020-ci ilin iyul ayında baş tutub və CBS telekanalında "Allen Ferrouya qarşı" filmi göstərildikdən sonra yayınlanıb.
Kanalın müxbiri Li Kayeuenlə müsahibəsində Vudi Allen ona edilən ittihamları cavablandırıb. Vudi Allen ögey qızı Dilana qarşı seksual zorakılıq etməkdə ittiham olunurdu. Rejissor ögey qızının ittihamları haqda deyib ki: "Düşünmürəm ki, o xüsusən uydurub bunu. O yalan danışmır, inanıram ki, o yalanan demir bunu. Bizim Dilanla etdiyimiz şeylər yanlış yozulub sadəcə".
Allen həmçinin onunla birgə işləyən aktyorların seksual zorakılıq ittihamlarından sonra onunla işləməyə təəssüf etməsinə münasibət bildirib. O deyib ki, "Onlar axmaqdırlar. Düzdür, onlar yaxşılıq istəyirlər, amma axmaqdırlar. Sadəcə tamamilə günahsız bir adamı təqib edirlər və bu yalana güc qazandırırlar".
85 yaşlı rejissor 1992-ci ildə arvadı Mia Ferrou ilə ayrılıb. Arvadı Alleni qızı Dilana qarşı seksual hərəkətlər etməkdə ittiham etmişdi. Dilan həmişə bu ittihamları rədd edib.