19 January 2021
Mətni dəyiş
Ali təhsil artıq çoxdan müasir dünyanın atavizminə çevrilib. Ölkəmizdə təhsil dünənki üç alanlar və buna bənzər bir sürünün primitiv maxinasiyalardan qırıntı qoparmağ üçün rəqabət apardığı bir növ şəxsi dükana dönüb. Müəllimlər azyaşlı debillərlə zülümdədirlər, yeniyetmə debillər öz inkişafdan qalmış beyinləri ilə elə də çətin olmayan ali məktəbə qəbul proqramını qavramağın zülmündədirlər. Hamı da özünü elə aparır ki, sanki belə də olmalıdır. Bakalavrların beynini gender elmləri ilə dolduran və degenerat idealogiyaların təbliğatı ilə məşğul olan qərb universitetlərində də vəziyyət fərqli deyil. Amma bizi xəbərdar etmişdilər...
Bizə Otto Von Bissmarkın özü xəbərdarlıq etmişdi. “Fransa-Prussiya müharibəsində qələbəni alman məktəb müəllimləri qazanmışdır” ifadəsini məhz dəmir kanslerin adına yazırlar. Yəni ki, təhsil alın, dostlar, əhaliyə yaxşı təhsil verin və qələbələr qazanacaqsınız. Əslində Herr Bissmark heç zaman belə boş ifadəni işlətməyib. Onun təhsil sistemi barədə düşüncələri tamamilə fərqli olub. Bissmarkın Alman İmperatoruna məktubundan maraqlı hissəni təqdim edirəm.
“Bizim ali məktəblərin (gimnaziyalar və universitetlər nəzərdə tutulur - red) əsas problemi təhsil müəsisələrinin süni şəkildə yaratdığı, ali məktəblərə daxil olmaq təşviq edən stimulların çoxluğu və bu səbəbdən ortaya çıxan tələbə artıqlığıdır. Nəticədə bizdə ehtiyac olandan və bizim maddi olaraq onları təmin edə bilmə imkanlarımızdan daha artıq təhsilli gənc insanlalər var. Ali məktəblərimizdə nə fərdi qabiliyyətləri nə də valideynlərinin əsli-kökü uyğun olmadığı halda intellektual sənət növünə sahib olmaq istəyən həddindən artıq çox gənc təhsil alır. Nəticə ali məktəblərin dolub-daşması və dövlət üçün təhlükə olan alim proletariatın yaranmasıdır. “
Növbəti hissə də maraqlıdır: ”Sözü gedən təbəqəyə başqa bir təbəqə də əlavə olunur – “yarımçıq təhsillilər”. Onun yaranmasının səbəbi isə odur ki, biz öz ali təhsil ocaqlarımızda təhsilin keyfiyyəti baxımından həddən artıq yüksək tələblər qoyuruq. Nəticədə tələbələr öz valideyinlərinin məşğul olduğu şeylərlə məşğul olmaq istəmir, özünə daha yüksək məqsədlər qoyur lakin onlara çata bilmir və narazı bir təbəqəyə çevrilirlər. Bu minvalla bizdə də Rusiyadaki nihizmin səbəbkarı olana bənzər şərait formalaşır.”
Kanslerin bu müdrik sözlərinə nəsə əlavə etmək çətindir. Üzərindən yüz il keçdikdən sonra biz onun sözlərinin uzaqgörənliyinə əmin oluruq. Bunun üçün bütün günü küçələrdə sülənən, heç kimə lazım olmayan dizayner tayfasına , iqtisadiyyat və hüquq diplomları olan qəribə tiplərə nəzər yetirmək kifayətdir. Heç kim bizə “filosoflar”, “tarixçilər” və başqa növ sosioloqlardan ibarət qarışığın yaranmasına səbəb olan milyon növ humanitar fakültələrə olan ehtiyacı da izah edə bilməz. Və bütün bunlar ölkəyə çilingərlər, fəhlələr, fermerlər və hərbçilərin lazım olduğu bir zamanda baş verir. Yenə də olsun! Lakin axı bu yarımçıq təhsilli lümpen-humanitarlar hər növ özbaşınalığın, üsyanın və rəngli inqilabların əsas yanacağıdır. Harda inqilab var orda məlum olduğu kimi, yalnız güllələnmə, həbsxana, qan, ölüm, səfalət, dövlətin ibtidai formaya yuvarlanması var.
Keçmişin dərslərindən nəticə çıxarmayanların həmin keçmişi yenidən yaşaması qaçılmazdır. Kim ki german dövlətlərinin parçalarından böyük imperiyanı yaratmış bu kişinin əsərlərini oxumur o əbədi iztirablara və dəirə boyu qaçışa məhkum olacaqdır. Beləliklə arzu edək ki, dövlətimizin sükanı arxasına müdriklikdə Dəmir Kanslerə güzəştə getməyən və xalqın maarifində nizam-intizam yarada biləcək biri keçsin.
Sanya Lyubomirskiy