Haqqımızda

AbzasMedia

Abzas Media 2016-cı ildə bir qrup gənc vətəndaş cəmiyyəti nümayəndəsi tərəfindən təsis edilib. Təşəbbüs Azərbaycan dilində informasiya yayan azad və peşəkar xəbər platformasıdır. 

Missiya: Biz innovativ metodlardan istifadə etməklə insanlara Azərbaycan haqqında həqiqətləri çatdırır və ümumbəşəri dəyərləri təbliğ edirik.

Abzas Media korrupsiya araşdırmaları və ictimai əhəmiyyətli məsələlərin işıqlandırılması ilə tanınır. Platformamız azad sözün, şəffaflığın və ictimai cavabdehliyin qorunmasına sadiqdir.

2023-cü il noyabrın 20-dən etibarən, redaksiyamızın altı üzvü həbsdədir:

  • Ülvi Həsənli, direktor

  • Sevinc Vaqifqızı (Abbasova), baş redaktor

  • Məhəmməd Kekalov, direktor müavini

  • Nərgiz Absalamova, reportyor

  • Elnarə Qasımova, reportyor

  • Hafiz Babalı, araşdırmaçı jurnalist

2023-cü ilin mayında iqtisadçı və “Azadlıq Radiosu” jurnalisti Fərid Mehrəlizadə də bu iş üzrə saxlanılıb. Abzas Media həmin vaxt bəyan edib ki, onunla peşəkar əməkdaşlığı olmayıb.

Jurnalistlər barələrində irəli sürülən bütün ittihamları rədd edir və həbslərinin siyasi sifariş olduğunu bildirirlər.

Yerli və beynəlxalq insan haqları təşkilatları bu işi siyasi motivli kimi qiymətləndirir və jurnalistlərin dərhal azad olunmasını, bütün ittihamların ləğvini tələb edirlər.

2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində aşağıdakı hökmlər çıxarılıb:

  • Ülvi Həsənli – 9 il

  • Sevinc Vaqifqızı (Abbasova) – 9 il

  • Məhəmməd Kekalov – 7,5 il

  • Nərgiz Absalamova – 8 il

  • Elnarə Qasımova – 8 il

  • Hafiz Babalı – 9 il

  • Fərid Mehrəlizadə – 9 il

Abzas Media vəzifə cinayətlərini əhatə edən korrupsiya araşdırmalarına və sosial problemlərin işıqlandırılmasına davam edir.

***

Abzas Media is an independent Azerbaijani-language news platform founded in 2016 by a group of young civil society activists. Committed to journalistic integrity and public service, our mission is to inform the public about the realities of life in Azerbaijan using innovative methods and to promote universal human values.

Abzas Media is known for its bold investigative reporting and its focus on exposing corruption, promoting transparency, and defending press freedom.

Abzas Media was the first target of the ongoing media crackdown in Azerbaijan that began in November 2023. 

Since November 20, 2023, six members of our team have been unjustly detained in connection with their work:

• Ulvi Hasanli, Director

Sevinj Vagifgizi (Abbasova), Editor-in-Chief

• Mahammad Kekalov, Deputy Director

• Nargiz Absalamova, Reporter

• Elnara Gasimova, Reporter

• Hafiz Babali, Investigative Journalist

In May 2023, economist and Radio Free Europe journalist Farid Mehralizade was also arrested in connection with the case. Abzas Media has clarified that he is not professionally affiliated with the outlet.

All seven journalists deny the charges against them and maintain that their arrests are politically motivated, targeting their anti-corruption investigations.

Local and international human rights organizations have condemned the case as politically driven and have called for their immediate release and the dismissal of all charges.

On June 20, 2025, the Baku Serious Crimes Court sentenced the journalists to lengthy prison terms:

• Ulvi Hasanli – 9 years

• Sevinj Vagifgizi (Abbasova) – 9 years

• Mahammad Kekalov – 7.5 years

• Nargiz Absalamova – 8 years

• Elnara Gasimova – 8 years

• Hafiz Babali – 9 years

• Farid Mehralizade – 9 years

Abzas Media continues to uphold the values of free expression, public accountability, and the right to truthful information.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun