Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində sülh fəalı Bəhruz Səmədovun həbs qərarından verilmiş şikayətə baxılıb.
Hakim Elmar Rəhimovun sədrlik etdiyi məhkəmə prosesində Bakı Ağır Cinayətlər Məhkəməsində verilən qərar qüvvədə saxlanılıb.
Bəhruz Səmədov etiraz olaraq sabahdan aclığa başlayacağını bildirib.
Çexiyanın Karlova Universitetinin doktorantı, sülh fəalı Bəhruz Səmədovu ötən il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıb. Onun evində axtarış aparılıb, şəxsi əşyaları, kompüteri götürülüb. Ona qarşı dövlətə xəyanət maddəsilə cinayət işi açılıb.
2025-ci il iyunun 23-də Səmədov 15 il azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı Səmədova 16 il həbs cəzası istəmişdi. O, bundan sonra intihara cəhd etmişdi.
Bəhruz Səmədov özünü təqsirli saymır. Yerli və beynəlxalq insan hüquqları təşkilatları onun həbsini siyasi motivli hesab edir.