Vəkil: “Hacı Vəliyevin işi üzrə Ombudsmana müraciət nəticəsiz qalıb”

Vəkil: “Hacı Vəliyevin işi üzrə Ombudsmana müraciət nəticəsiz qalıb” Foto: Sosial media
6 Avqust 2025
Mətni dəyiş

İctimai fəal və “Gənc Qazilər” İctimai Birliyinin keçmiş sədri Hacı Vəliyevin saxlanma şəraiti ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə -Ombudsmana edilən müraciət nəticəsiz qalıb.

Bu barədə vəkil Aqil Layıc məlumat yayıb. Onun sözlərinə görə, Ombudman Vəliyevin vəziyyətini yerində araşdırmaq yerinə, müraciəti Baş Prokurorluğa yönləndirib, Baş Prokurorluq da müraciəti Sabunçu Prokurorluğuna göndərib.

Vəkil bildirir ki, müraciəti iyulun 1-də etsə də, heç bir qurum Vəliyevin vəziyyəti ilə maraqlanmayıb. 

İctimai fəal və "Gənc Qazilər" İctimai Birliyinin keçmiş sədri Hacı Vəliyev İkinci Qarabağ Müharibəsindən sonrakı dövrdə döyüşlərdə sağlamlığını itirmiş hərbçilərin və şəhid ailələrinin problemlərini ictimailəşdirib.

O, bu il martın 18-də küçə ticarətilə məşğul olan qazilərin polis müdaxiləsinə məruz qalması ilə bağlı videomaterial yaymışdı.



Martın 31-də 2-ci qrup əlil Hacı Vəliyevi polis əməkdaşları saxlayıb. O, əvvəllər barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə olan cinayət işi ilə bağlı tutulub. Ancaq cinayət işinin konkret motivi açıqlanmayıb.

Hacı Vəliyev ona qarşı irəli sürülən ittihamı qəbul etmir.

O, iyunun 21-dən “ədalətsiz məhkəmə hökmünə” etiraz olaraq aclıq aksiyasına başlamışdı, sonra isə aclığı dayandırmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun