SOCAR-ın Odessadakı bazası ikinci dəfə Rusiyanın hücumuna məruz qalıb

SOCAR-ın Odessadakı bazası ikinci dəfə Rusiyanın hücumuna məruz qalıb
18 Avqust 2025
Mətni dəyiş

Avqustun 18-nə keçən gecə Rusiyanın “Şahed” dronlarından istifadə edərək Odessa bölgəsində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus neft bazasına yenidən hücum etdiyi bildirilir. 

Nəticədə 17 yanacaq çəni, nasosxana, operator və texniki otaqlar, həmçinin ərazi hasarı zədələnib, yanğın baş verib. 

Bazanın ümumi tutumu 16 000 kubmetrdən çoxdur. APA yazır ki, dəyən ziyan tam qiymətləndirilməyib, ekspertiza təyin olunub və təcili bərpa işlərinə başlanılıb. 

Bazaya ilk hücum avqustun 8-də baş vermişdi və zərbə nəticəsində yanğın baş vermiş, dizel yanacağı kəməri zədələnmişdi.

Avqustun 6-da isə Rusiya ordusu Azərbaycan qazının sınaq tədarüklərinin keçdiyi Ukrayna qaz kompressor stansiyasını da vurub. 

Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub və tərəflər hücumların məqsədyönlü şəkildə həyata keçirildiyini bildiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun