Rusiya baş nazirinin müavini: "Moskva “Tramp yolu”nun yaradılması layihəsini dəstəkləyəcək"

Rusiya baş nazirinin müavini: "Moskva “Tramp yolu”nun yaradılması layihəsini dəstəkləyəcək"
15 Avqust 2025
Mətni dəyiş

Yerevanın lazım bildiyi təqdirdə Azərbaycanla “Tramp yolu” adlı nəqliyyat dəhlizi yaratmaq planlarında Rusiya Ermənistanı dəstəkləyir.

Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib. 

"Ermənistan bizim strateji müttəfiqimizdir və əgər Ermənistan nəyinsə onlar üçün yaxşı olduğunu düşünürsə, təbii ki, biz burada Ermənistanı dəstəkləyirik", - o deyib.

Aleksey Overçukun sözlərinə görə, müvafiq bəyannamənin Vaşinqtonda imzalanması daha böyük təhlükəsizlik təminatları verir.

“Bu, yaxşıdır, çünki biz Cənubi Qafqazda sülh proseslərini də dəstəkləyirik”, - nazir müavini əlavə edib.

Onun sözlərinə görə, bu, Rusiya Federasiyasının maraqlarına “tamamilə uyğundur”.

Ermənistanın baş naziri Nikol Paşinyan “Fox News”a bildirib ki, Vaşinqtonda Ermənistan, Azərbaycan və ABŞ arasında imzalanan Bəyannamədə Rusiya və İran üçün də nəzərəçarpacaq fayda var.

Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev də Rusiyanın Ermənistanla Azərbaycan arasında “Trampın beynəlxalq sülh və firavanlığa aparan yolu” adlanacaq nəqliyyat dəhlizi layihəsinin təfərrüatlarını öyrənəcəyini açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun