"Abzas Media"nın qadın jurnalistləri aclığı dayandırır

"Abzas Media"nın qadın jurnalistləri aclığı dayandırır
28 İyul 2025
Mətni dəyiş

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Nərgiz Absalamova ilə Elnarə Qasımova aclığın 7-ci günündə aksiyanı dayandırırlar.

Onların müraciətini təqdim edirik:

Biz bu saatdan etibarən aclığı dayandırırıq. Səbəb aclıq edirik deyə səhhətimizin pisləşəcəyini düşünüb stress keçirən valideynlərimizin xəstəxanaya düşməsidir. Hər birimizin valideyni ürək-damar problemlərindən əziyyət çəkir. Bizim aclıq dönəmimizdə onlar tez-tez xəstəxanaya müraciət etməli olublar. Onların səhhətini nəzərə alaraq aclığı dayandırırıq. Ülvidən xahiş edirik, ürək xəstəliyi olan anası Esvira xanımın səhhətini nəzərə alaraq aclığı dayandırsın”.

Vaqifqızı, Absalamova və Qasımova iyulun 22-dən müddətsiz aclıq aksiyasına başlayıblar.

Onlar iyulun 20-də müddətsiz aclığa başlayan “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasına geri qaytarılmasını tələb edirlər.

Ülvi Həsənli artıq 9 gündür aclıq edir. O, bazar günü ailəsilə görüşdə aclığı dayandırmayacağını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun