5 gündür aclıq edən Sevinc Vaqifqızına şəxsi əşyaları verilmir

5 gündür aclıq edən Sevinc Vaqifqızına şəxsi əşyaları verilmir
26 İyul 2025
Mətni dəyiş

Beş gündür aclıq aksiyası keçirən “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızına şəxsi əşyalarının verilmədiyi bildirilir.

Bu barədə “Abzas Media”ya jurnalistin ailəsi məlumat verib.

Ailəsi bildirir ki, bu gün baş tutan görüş zamanı təcridxana rəhbərliyi onların gətirdiyi geyim və gigiyena vasitələrini qəbul etməyib.

“Yalnız su qəbul etdilər. Sevincin geyinməyə yeni heç nəyi yoxdur,” – ailə üzvləri bildiriblər.

Sevinc Vaqifqızının özü isə qeyd edib ki, təcridxana rəhbərliyi aclıq aksiyasına görə onu cəzalandırır.

“Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Nərgiz Absalamova və Elnarə Qasımova iyulun 22-dən müddətsiz aclıq aksiyasına başlayıblar.

Onlar iyulun 20-də müddətsiz aclığa başlayan “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasına geri qaytarılmasını tələb edirlər.

Ülvi Həsənli artıq 7 gündür aclıq edir. Ailəsi bildirib ki, o, iyulun 21-də cərimə kamerasına salınıb.

Hazırda jurnalistlərin səhhəti və saxlanma şəraiti ilə bağlı narahatlıqlar artır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun