"İttihamlar əsasən bir-biri ilə ziddiyyət təşkil edən, hədə-qorxu və təzyiqlərlə alınmış və qanunsuz yollarla əldə edilmiş “sübutlara” əsaslanır"

"İttihamlar əsasən bir-biri ilə ziddiyyət təşkil edən, hədə-qorxu və təzyiqlərlə alınmış və qanunsuz yollarla əldə edilmiş “sübutlara” əsaslanır"
18 İyun 2025
Mətni dəyiş

“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli  və baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) müdafiəçiləri Zibeydə Sadıqova və Elçin Sadıqovun məhkəməyə təqdim etdikləri çıxışın mətni:

İşin halları:

  1. Bundan sonra Ərizəçi adlandırılacaq 05 iyul 1989-cu ildə anadan olmuş Abbasova Sevinc Vaqif qızı (cəmiyyətdə Sevinc Vaqifqızı kimi tanınır) Abzas.net və Abzas.org, “Abzas Media” media resurslarının baş redaktorudur. Ölkədə tanınmış jurnalistdir.
  2. Ərizəçi Həsənov Ülvi Fəxrəddin oğlu isə 18 avqust 1987-ci ildə Gəncə şəhərində anadan olub. Abzas.net və Abzas.org, “Abzas Media” media resurslarının, sosial şəbəkə hesablarının direktorudur.
  3. “Abzas Media” əsasən ölkə rəhbərliyi, onların ailə üzvləri və yüksək vəzifəli şəxslərin mal, mülkü və dövlət büdcəsindən onrala pulların ayrılması ilə bağlı araşdırma yazılar dərc edir.  
  4. Sevinc Vaqifqızı hələ tələbə olan illərdə müxtəlif qəzetlərlə çalışmağa başlayıb. 2009–2013-cü illərdə "Bizim Yol" qəzetində, 2012–2013-cü illərdə isə "Azadlıq" qəzetində çalışan Sevinc Vaqifqızı 2013-cü ildənMeydan TV-də video reportyor olaraq işləməyə başlayıb.  
  5. 2015-ci il sentyabrın 20-də gecə saatlarında Kiyev şəhərində təlimdən qayıdan zaman Sevinc Vaqifqızı jurnalistlər Aytən Fərhadova və İzolda Ağayeva ilə birgə aeroportda polislər tərəfindən saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Meydan TV-yə qarşı açılan cinayət işi çərçivəsində Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dəfələrlə dindirilib. Azərbaycan iqtidarı tərəfindən jurnalistlərə qarşı aparılan təqiblər həmin dövrdə Human Rights Watch tərəfindən tənqid edilib. Cinayət işində şahid qismində dindirilməyinə baxmayaraq 2015–2019-cu illərdə Azərbaycandançıxışına qadağa qoyulub.
  6. Sevinc Vaqifqızı 2019-cu ilin yanvarında peşə fəaliyyətini yerinə yetirən zaman polislər tərəfindən saxlanılmış, 10 saatdan çox Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində saxlandıqdan sonra sərbəst buraxılmışdır.  
  7. 2020-ci il fevralın 11-də parlament seçimlərinin nəticələrinə etiraz edən bir qrup deputatlığa namizəd və ictimai fəalların MSK-nın inzibati binası qarşısında oturaq etirazının polis tərəfindən güc tətbiq edilməsi nəticəsində dağıdılması zamanı peşə fəaliyyətini yerinə yetirən Sevinc Vaqifqızı polislər tərəfindən saxlanılmış, əl və üz nahiyəsindən ciddi xəsarət almışdır. Amerikanın Səsinə müsahibəsi zamanı Sevinc Vaqifqızı baş verən hadisə barədə bunları bildirdi: "Polis məni arxadan tutaraq qaldırdı və atdı ÇPA-nın avtobusunun içinə. Avtobusda da çox ağır söyüşlər söyürdülər, hər birimizi təhqir edirdilər, valideynlərimizi belə təhqir edirdilər. Daha sonra məndən telefonumu tələb elədilər. Onlara dedim əşyalarım maşında qalıb, gəlin ciblərimə baxın. Başladı üstümə qışqırmağa "telefonu ver". Sonra qolumu tutub burdu və havada qolumu fırladafırlada gedir. Burub və harada beş dəqiqə saxladı qolumu. Daha sonra digər polis gəldi və gözümün altına yumruq vurdu. 20 dəqiqə avtobusda saxladıqdan sonra Bayıl ərazisində bizi buraxdılar". Sevinc Vaqifqızı həm də hadisədən sonra tibbi müayinə üçün xəstəxanaya gələndə polislərin həkimlərə maneə olduğunu, rentgen nəticələrinin ona verilməsi icazə verilmədiyini bildirdi. Sevinc Vaqifqızı həmin hadisədə təqsiri olan şəxslərin müəyyən edilib, cəzalanması üçün Baş Prokurorluğa müraciət elədi. Sərhədsiz Reportyorlar baş verən hadisəni sərt qınamış və Azərbaycan iqtidarının plüralizmi məhv elədiyini bildirmişdir.  
  8. 14 may 2020-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Sevinc Vaqifqızının Azərbaycandan çıxışına qadağa qoyulmasının qanunsuz olması ilə bağlı qərar çıxardı. Bu ərizə kommunikasiya edilən zaman, Azərbaycan tərəfi iddia olunan pozuntuları (2 saylı protokolun 4cü maddəsi (hərəkət azadlığı) və Konvensiyanın 13-cü maddəsi) etiraf edib. Nəticədə ərizəçiyə 5 min avro təzminat ödəməyə hazır olduğunu ifadə edən Azərbaycan tərəfi AİHM-dən işin siyahıdan çıxarılmasını xahiş edib. AİHM Azərbaycan tərəfinin müraciətini əsaslı sayıb və ərizənin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib. Azərbaycan tərəfi bu işdə jurnalistə 5 min avro təzminat ödədi.  
  9. Sevinc Vaqifqızı 2022-ci ilin sentyabrından "AbzasMedia"nın baş redaktorudur. "AbzasMedia"Azərbaycanda dövlət rəsmiləri və məmurlarının bizneslərini, o cümlədən 2020-ci ildən Qarabağda aparılan yenidənqurma işlərində iddia edilən korrupsiya halları ilə bağlı araşdırmalarla tanınan müstəqil media plaftormasıdır3. 

Xarici işlər naziri Ceyhun Bayramovun ailə sərvəti [Araşdırma] https://abzas.org/2023/7/xarici-islrnaziri-ceyhun-bayadcbdaba-3/  

İlham Əliyevin kürəkəninə görə köçürülən kənd [Araşdırma] https://abzas.org/2023/5/ilham-liyevinkurknin-gorcbaf1744-e/  

Azad edilən su ehtiyatlarını yenidən "işğal edənlər" [araşdırma] https://abzas.org/2023/1/azad-ediln-suehtiyatlarn-yf52007f0-d/

Prezidentin ailə üzvlərinə məxsus şirkət Ağdamda ev tikir https://abzas.org/2022/12/agdamdaprezidentin-ail-uzvl4d85b25d-d/  

Qarabağda          şəhərsalma          işlərini       məmur        öz      oğlunun      şirkətinə     həvalə        edib [Araşdırma] https://abzas.org/2022/9/qarabagda-shrsalma-islrinibb84051f-0/  

Qarabağda          milyardlıq layihələr    Türkiyə      şirkətlərinə          tendersiz    necə verilib?      [Araşdırma]https://abzas.org/2022/7/milyonlarla-vergi-borcu-olan-scbfa8cd4-e/  

Prezidentin ailə üzvlərinə məxsus şirkət Qarabağda əkin-biçinlə məşğul olur [araşdırma]https://abzas.org/2022/6/prezidentin-ail%C9%99-uzvl%C9%99rin%C9%99-m%C9%99xsussirk%C9%99t-qarabagda-%C9%99kin-bicinl%C9%99-m%C9%99sgul-olur-arasdirma/

Füzuli Hava Limanına xərclənən pullarla bağlı “danışmaq qadağası” [araşdırma] https://abzas.org/2022/1/fuzuli-hava-limanina-x%C9%99rcl%C9%99n%C9%99n-pullarla-baglidanismaq-qadagasi-arasdirma/
 

AZƏRBAYCANDA MÜSTƏQİL MƏTBUATA QARŞI TƏQİBLƏR

  1. 30 dekabr 2021-ci il tarixdə yeni Media haqqında Qanun qəbul edilmişdir və ölkədə media sahəsində ciddi məhdudlaşdırmalar tətbiq olunmağa, müstəqil jurnalistlər və media qurumları təqib olunmağa başlamışdır.  
  2. Avropa Şurası nəzdində Venesiya Komissiyasının Azərbaycanda qəbul olunan “Media haqqında” qanun barədə yekun rəyində qeyd olunub ki, Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanun daha da “çəkindirici effekt”ə (chilling effect) malik olacaq. Bir çox müddəalar ifadə və media azadlığı ilə bağlı Avropa standartlarına uyğun gəlmir və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermir,Venesiya Komissiyası Avropa Şurasına üzv olan bir ölkədə belə bir qanunun tətbiq edilməməli olduğu qənaətində olduğunu bildirib.Komissiya “Media haqqında” qanunla bağlı təcili olaraq Azərbaycan hakimiyyətini aşağıdakıları həyata keçirməyə çağırır.- Qanunun 26-cı maddəsi - KİV-lərin yaradılması, xarici mülkiyyət və xaricdən maliyyələşməyə dair geniş məhdudiyyətlər ləğv edilsin;- Media Resyestri ləğv edilməli və ya reyestrə daxil olmaq üçün tələb olunan həddən artıq şərtlər ləğv olunmalıdır;- akkreditasiya üçün nəzərdə tutulan şərtlər ləğv olunmalıdır;- məzmunla bağlı qanundakı məhdudiyyətləri Avropa Konvensiyasının 10-cu maddəsinin presedentinə uyğunlaşdırmaq;- jurnalist qaynaqlarının qorunması ilə bağlı müddəaları dəyişdirmək;- platforma yayımçıları üçün lisenziya tələbini ləğv etmək;- çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır;Venesiya Komissiyası qanunun müəyyən etdiyi jurnalist anlayışının, gizli çəkilişlərin yayılmasının qəti qadağan edilməsinin qüsurlu olduğunu vurğulayıb. Komissiya qeyd edib ki, jurnalsit anlayışı genişləndirilməli, gizli çəkilişlərə qadağalar ictimai maraqlar baxımından yol verilən olmalıdır. Rəydə teleradio sahəsində tənzimləyici qurumun formalaşdırılması modelinin yenidən işlənməsinin gərəkli olduğu vurğulanır.
  3. Buna baxmayaraq həmin qanun tətbiq olunmağa başladı və reyestrdən keçməyən media resursların yayımına xitam verilməyə başladı.
  4. Eyni zamanda müstəqil və araşdırmaçı jurnalistika fəaliyyəti ilə məşğul olan araşdırmaçı jurnalist və media qurumlarına qarşı qanunsuz təqiblər başladı.

Ərizəçinin, müstəqil və araşdırmaçı jurnalistlərin həbsi və müstəqil mediaların cinayət təqibi ilə boğulması

  1. 20 noyabr 2023-cü il tarixdə “Abzas Media”nın direktoru Ülvi Həsənov evindən çıxıb aeroporta gedərkən zorakılıqla həbs edildi. Sonradan onun evində və “Abzas Media”nın ofisində axtarış keçirildi polislər ofisinə 40000 AVRO qoyaraq onu aşkar edilmiş kimi rəsmiləşdirdilər.
  2. Ülvi Həsənli həbs edilən vaxt “Abzas Media”nın baş redaktoru olan Ərizəçi Abbasova Sevinc Vaqif qızı xaricdə səfərdə idi və o bildirdi ki, heç bir cinayət törətməyib, ölkəyə qayıdır. O yox, cinayətkarlar ölkədən qaçmalıdır.  
  3. 21 noyabr 2023-cü il tarixdə gecə saatlarından ərizəçi Azərbaycana qayıdır və Bakı Hava Limanında saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə aparılır.
  4. Bununla bağlı vəkil Elçin Sadıqov facebook profilində status paylaşır: jurnalist Abbasova Sevinc Vaqif qızı tutulacağını bildiyi halda bu dəqiqələrdə Bakıya qayıtdı. Ona passport kontroldan qeydiyyatdan keçməyə imkan verməyiblər və bildiriblər ki, onu Bakı Şəhər Baş Polis İdarəsinə aparırlar. Hava limanından həmin idarəyə gəldim, orderim əlimdə olsa da görüşə icazə vermirlər. 102 xidmətinə zəng vurdum hələ ki, bir nəticə yoxdur.  
  5. Ərizəçi 21 noyabr 2023-cü il tarixdə gecə saat 01:50-də təyyarədən endi və hava limanında, təyyarədən düşən kimi həbs edildi və evinə gətirilərək axtarış və götürmə aparıldı. Sevinc Abbasova ancaq protokolda adları yazılan polislərin iştirakına videoçəkilişlə icazə verdiyindən və polislər evə daxil olduqdan sonra mənzilin çıxış qapısını bağladığından Sevinc Abbasovanın evinə pul yerləşdirə bilmədilər. Xətai Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qərarı ilə Ülvi Həsənov və Sevinc Abbasova barəsində həbs qətimkan tədbiri seçildi. 
  6. 20 noyabr 2023-cü il tarixdə “Abzas Media”nın jurnalisti Məhəmməd Kekalov da zorakılıqla həbs edildi və o Xətai Rayon Polis İdarəsinin MSY-ində qanunsuz saxlanılaraq komputer, telefon və planşetinin kodları alındı və sənədləri qeyri-qanuni ələ keçirdilər.  
  7. 23 noyabr 2023-cü il tarixdə Məhəmməd Kekalov barəsində də Xətai Rayon Məhkəməsi həbs qətimkan tədbiri seçdi
  8. 01 dekabr 2023-cü il tarixdə “Abzas Media”nın daha bir jurnalisti Nərgiz Abasalamova da qurama və saxta ittihamla həbs edilmişdir. 
  9. 12 dekabr 2023-cü il taridə daha bir araşdırmaçı jurnalist Babalı Hafiz Ərköyün oğlu Abzas Medaia ilə əməkdaşlıq etdiyi üçün həbs edildi. 
  10. 15 yanvar 2024-cü ildə Absaz Medianın daha bir jurnalisti Elnarə Qasımova həbs edildi. 
  11. 24 yanvar 2024-cü ildə Avropa Şurası Parlament Assambleyası Azərbaycan Respublikasının AŞPA üzçün müəyyən etdiyi nümayəndə heyətinin (Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti) etimadnaməsini qəbul etmədi və bunun Azərbaycanda insan hüquqlarının pozulması, Laçın dəhlizində müşahidəyə icazə verilməməsi və prezident seçkilmərində müşahidəyə icazə verilməməsi ilə əlaqələndirdi. Bunun ardınca Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bəyanat verərək AŞP ilə əməkdaşlığının dayandırılması barədə qərar qəbul edildiyini açıqladı
  12. Bundan sonra hökumətyönlü mətbuat daha bir müstəqil youtube kanalı və internet xəbər portalı olan Toplum Tv barəsində qarayaxma kampaniyasına başladılar. Xüsusilə də bu qarayaxma kampaniyası 2024-cü ilin fevral ayının 7-inə təyin edilmiş Prezident Seçkiləri ərəfəsində daha da gücləndi. Hökumətyönlü mətbuat Abazs Media, Toplum TV, jurnalist Xədicə İsmayıl, media hüquqçusu Ələsgər Məmmədli, hüquq müdafiəçisi Akif Qurbanov və digərlərinin barəsində qarayaxma kampaniyasına başladı və qarayaxma kampaniyasının əsas tezisləri bu idi ki, onlar xaricdən maliyyələşir, Azərbaycanda seçkilərdə pozuntu olması barədə məlumatlar yayaraq
  13. 06 mart 2024-cü il tarixdə günorta saat 12:30-13:00 radələrində 20-dən çox polis və mülki geyimlilər eyni vaxtda Toplum TV-nin Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisinə hücum etmişlər, Ərizəçi də daxil olmaqla onlarla jurnalisti həbs etmiş, bütün məlumat daşıyıcılarını, telefon, yaddaş kartları, telefon, planşet, mikrofon və məlumat ola biləcək bütün əşyaları qanunsuz olaraq götürmüşlər.  
  14. Bundan sonra Toplum TV-nin YouTube kanalı ələ keçirilmiş və həmin kanalın loqosunda “Nil Msiri iki yerə bölmək istəyirdi amma alınmadı” sözləri yazılmış və Toplum Tv nin bütün araşdırma yazılarının videoları pozulmuşdur.  
  15. 18 aprel 2024-cü il tarixdə Milli Məclisi monitorinq edən meclis.info internet portalının baş redaktoru İmran Əliyev barəsində hökumətyönlü mətbuat orqanlarında məqalə dərc edildi, həmin məqalədə deyilirdi ki, İmran Əliyev “Abzas Media”nın maliyyələşməsinə köməklik göstərib və o həbs edilməlidir. 
  16. 18 aprel 2024-cü il tarixdən 19 aprel 2024-cü il tarixə keçən gecə Əliyev İmran hava Limanında saxlanıldı və polisə təhvil verildi. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərarı ilə İmran Əliyev barəsində iki ay bir gün həbs qətimkan seçdi. İmran Əliyevin də “Abzas Media”ya görə həbs edildiyi məlum oldu. 
  17. 29 aprel 2024-cü il tarixdə daha bir hüquq müdafiəçisi, Seçkilərin Monitprinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli həbs edildi və ona da AR CM-nin 206.3.2. maddəsi ilə ittiham irəli sürüldü və Xətai Rayon Məhkəməsi 30 aprel 2024-cü il tarixli qərarı ilə 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçildi. Bildirildi ki, Anar Məmmədli də “Abzas Media” işinə görə həbs edilib.  
  18. 30 may 2024-cü il tarixdə “Abzas Media”da iqtisadçı ekspert kimi əməkdaşlıq edən iqtisdaçı ekspert Fərid Mehralızadə həbs edildi və Bakı Şəhəri Xətai rayon Məhkəməsi 01 iyun 2024-cü il tarixli qərarı ilə Fərid Mehralızadə barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçdi.

 

Ərizəçi və həmkarlarının həbsini pisləyən beynəlxalq bəyanatlar

  1. Human Rights Watch beynəlxalq insan hüquqları təşkilatı 22 noyabr 2023-cü il tarixdə bəyanat yaydı, Ərizəçi və həmkarlarının həbsin müstəqil mediaya qarşı hücum adlandırdı və dedi “Azərbaycan hakimiyyəti öz tənqidçilərinə qarşı şübhəli, cəzalandırıcı cinayət ittihamları irəli sürür”
  2. Jurnalistlərin Müdafiə Komitsi 22 noyabr 2023-cü il tarixli bəyanatında bildirdi: “The remand terms handed to Ulvi Hasanli and Sevinj Vagifgizi only serve to underline authorities’ real goal, which is to silence “Abzas Media”’s bold anti-corruption reporting,” said CPJ Advocacy and Communications Director Gypsy Guillén Kaiser, in New York. “Azerbaijani authorities should release Vagifgizi and Hasanli immediately, provide information on Mahammad Kekalov’s whereabouts, and allow “Abzas Media” to continue its vital public interest reporting.”
  3. Norveç Helsinki Komitəsi 22 noyabr 2023-cü il tarixli bəyanatında Ərizəçinin və həmkarlarının həbsini pislədi və Azərbaycan Hökumətini onları dərhal azad etməyə çağırdı
  4. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi 24 noyabr 2023-cü il tarixdə yaydığı bəyanatda Azərbaycanda media və vətəndaş cəmiyyətinə qarşı repressiyaları pislədi və Ərizəçini və həmkarlarını dərhal azad etməyə çağırdı
  5. Freedom Now insan hüquqları təşkilatı da Ərizəçi və həmkarlarının həbsini pislədi və onların dərhal azad olunmasını və bütün siyasi ittihamlara son qoyulmasını Azərbaycan Hökumətindən tələb etdi.
  6. Azərbaycanda olan vətəndaş cəmiyyəti fəallarının birgə imzaladığı 24 noyabr 2024-cü il tarixli bəyanatda deyilir ki, “Hazırkı repressiyasının spesifik hədəfləri ““Abzas Media”nın” direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və direktor müavini, ictimai fəal Məhəmməd Kekalov olmaqla, ümumilikdə “AbzasMedia” qurumudur. Onların həbsi ilə müşayiət olunan proses fundamental ifadə azadlığının kobud pozuntusu və ölkədə müstəqil mediaya qarşı repressiyanın tərkib hissəsidir”

ƏRİZƏÇİNİN HƏBSİ VƏ ƏRİZƏÇİNİN HƏBSİNİN UZADILMASI BARƏDƏ MƏHKƏMƏ QƏRARLARI

 

  1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi 21 noyabr 2023-cü il tarixli qərarı ilə Ərizəçi barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçdi və qərarda göstərdi: “Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cinayət təqibi üzrə toplanmış materiallar yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən ağır cinayətin törədilməsində ittiham olunan təqsirləndirilən şəxs Abbasova Sevinc Vaqif qızının azadlıqda qalacağı təqdirdə cinayət prosesini həyata keçirən orqandan gizlənməsi, ölkə ərazisini tərk etməsi, cinayət prosesində iştirak edən şəxslərə aktiv şəkildə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olması, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətməsi və cəmiyyət üçün təhlükə yaratması ehtimalına kifayət qədər əsas verdiyindən, eləcə də, təqsirləndirilən şəxsə istinad edilən əməlin xarakterini, ittiham olunduğu cinayət əməlinin törədilmə şəraitini nəzərə alaraq təqsirləndirilən şəxs Abbasova Sevinc Vaqif qızının barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 04(dörd) ay müddətinə müəyyən edilməli və buna görə də həbs qətimkan tədbirinin dair verilmiş vəsatət və təqdimat qismən təmin olunmalıdı, təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə müdafiəçi Sadıqov Elçin Əli oğlu tərəfindən verilmiş vəsatət təmin edilməməlidir.”  
  2. Ərizəçi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verdi. Ərizəçi apellyasiya şikayətində bildirdi ki, o və həbs edilən jurnalist həmkarları heç bir cinayət törətməyib, Ərizəçiyə və jurnalist həmkarlarına qarşı qaldırılmış cinayət işi saxtadır Ərizəçinin və həmkarlarının araşdımaçı jurnalist fəaliyyətinə görə cəzalandırmadır. Etdiyi “Abzas Media”da prezident, ailəsi və yüksək vəzifəli şəxsləri barədə araşdırma yazılarına görə cəzalandırılmaldır, “Abzas Media”nın fəaliyyət göstərdiyi ofisə 40000 Avro pul polis tərəfindən yerləşdirilib ki, Ərizəçi və həmkarları bardə saxta cinayət işi başlamağa formal əsaslar yaradılsın. İstintaqda həmin pulların üzərindəki əl-barmaq izlərinin müəyyən edilməsi üçün vəsatətlər qaldırılsa da, heç bir qanuni əsas olmadan vəsatətlər təmin edilməyib. Ona görə ki, həmin pullar polisə məxsus olub. Ərizəçi bildirdi ki, müdaxilə, yəni saxta cinayət işi korrupsiya faktları ilə bağlı sil-silə araşdırma yazılar dərc edildikdən sonra başlayıb və bu araşdırma yazılara görə Ərizəçi və həmkarlarının cəzalandırılmasına “Abzas Media”nın isə bağlanmasına xidmət edir. Ərizəçi bildirdi ki, həmkarları Məhəmməd Kekalov və Ülvi Həsənov həbs edildikdən sonra o heç bir cinayət törətmədiyini bildirərək ölkəyə gəlib və hava limanında həbs edilib. Lakin, Xətai Rayon Məhkəməsi öz qərarını Ərizəçinin qaçıb gizlənəcəyi ilə əlaqəndirib. Halbuki, Ərizəçinin qaçıb gizlənmə riski olmuş-olsaydı Ərizəçi ölkəyə gəlməzdi. Eyni zamanda Ərizəçi ölkədə tanınmış korrupsiya araşdımaçısı olan jurnalistdir və bu onun gizlənməsini sıfıra endirir. Eyni zamanda Ərizəçi bildirdi ki, Azərbaycanda quru sərhədlər tamamilə bağlıdır. Ərizəçinin ölkədən çıxışna da qadağa vardır. Belə olan halda Ərizəçi ölkəni necə tərk edə bilərdi. Beləliklə Ərizəçi bildirdi ki, o və həmkarları heç bir cinayət törətməyiblər və araşdırma yazılarına görə barələrində cinayət işi başlanıb və həbs edilib, Ərizəçinin həbs edilməsi üçün əsaslı şübhə olmayıb. Ərizəçi bildirdi ki, məhkəmə Ərizəçinin təqsirsizlik prezumpsiyası hüququnu da pozub. Ərizəçiyə qarşı AR CM-nin 206.3.2. maddəsi ilə ittiham verildiyi və həmin maddə üzrə sanksiyanın həddi 5 ildən 8 ilədək olduğu halda məhkəmə qərarda qeyd edib ki, ona təqdim edilmiş materialda Ərizəçinin 7 ildən 12 ilədək cəza gözləyir. Ona görə də, Konvensiyanın 5-ci, 6-cı, 10-cu, 11-ci və 5-ci , 10-cu və 11-ci maddələri ilə birilikdə götürülməklə Konvensiyanın 18-ci maddəsinin pozuntusu baş verib.  
  3. Ərizəçi apellyasiya şikayətində tələb etdi: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, Abbasova Sevinc Vaqif qızının barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında müstəntiqin vəsatətinin və prokurorun təqdimatının təmin edilməməsi, Abbasova Sevinc Vaqif qızının dərhal həbsdən azad edilməsi, Abbasova Sevinc Vaqif qızının barəsində həbs qətimkan tədbirinin seçilməsi nəticəsinə gəlindiyi halda Abbasova Sevinc Vaqif qızının barəsindəki həbsin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi, Abbasova Sevinc Vaqif qızının İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci, 6-cı, 10-cu, 11-ci və 18-ci maddələrinin pozuntusunun tanınması barədə qərar qəbul edəsiniz.
  4. Bakı Apellyasiya Məhkəməsi 27 noyabr 2023-cü il tarixdə Ərizəçinin apellyasiya şikayətinə baxdı və apellyasiya şikayətini təmin etmədən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarını dəyişdirmədən qüvvəsində saxladı.  
  5. Ərizəçi ilə bu dörd ay ərzində heç bir istintaq hərəkətləri aparılmadı.
  6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarı ilə Ərizəçi barəsindəki həbs qətimkan tədbirinin müddəti daha 3 ay, yəni 19 iyun 2024-cü il tarixədək uzadıldı.  
  7. Məhkəmə bildirdi ki, Məhkəmə təqdimatı araşdıraraq, cinayət işinin mürəkkəbliyini, təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin 21 mart 2024-cü ildə başa çatmasını, onun 2 ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunmasını, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin qətimkan tədbiri seçildikdən sonra bu Məcəllənin 158 və 159-cu maddələrində nəzərdə tutulmuş müddətlər keçənədək ittihamın əsaslılığının müəyyən olunmasından ötrü məhkəmə qarşısında dayana bilməsinin təmin edilməsi zərurətini nəzərə alaraq hesab edir ki, vəsatət və onun əsasında verilmiş təqdimat qismən təmin edilməli, təqsirləndirilən şəxs Abbasova Sevinc Vaqif qızının həbsdə saxlanılma müddətinin sonunadək, yəni 19 iyun 2024cü il tarixə kimi uzadılmalıdır. (bax: Əlavə 26)
  8. Ərizəçi həmin qərardan apellyasiya şikayəti verdi. Apellyasiya şikayətində bildirdi ki, Ərizəçi apellyasiya şikayətində bildirdi ki, o və həbs edilən jurnalist həmkarları heç bir cinayət törətməyib, Ərizəçiyə və jurnalist həmkarlarına qarşı qaldırılmış cinayət işi saxtadır Ərizəçinin və həmkarlarının araşdımaçı jurnalist fəaliyyətinə görə cəzalandırmadır. Etdiyi “Abzas Media”da prezident, ailəsi və yüksək vəzifəli şəxsləri barədə araşdırma yazılarına görə cəzalandırılmaldır, “Abzas Media”nın fəaliyyət göstərdiyi ofisə 40000 Avro pul polis tərəfindən yerləşdirilib ki, Ərizəçi və həmkarları bardə saxta cinayət işi başlamağa formal əsaslar yaradılsın. İstintaqda həmin pulların üzərindəki əl-barmaq izlərinin müəyyən edilməsi üçün vəsatətlər qaldırılsa da, heç bir qanunui əsas olmadan vəsatətlər təmin edilməyib. Ona görə ki, həmin pullar polisə məxsus olub. Ərizəçi bildirdi ki, müdaxilə, yəni saxta cinayət işi korrupsiya faktları ilə bağlı sil-silə araşdırma yazılar dərc edildikdən sonra başlayıb və bu araşdırma yazılara görə Ərizəçi və həmkarlarının cəzalandırılmasına “Abzas Media”nın isə bağlanmasına xidmət edir. Ərizəçi bildirdi ki, həmkarları Məhəmməd Kekalov və Ülvi Həsənov həbs edildikdən sonra o heç bir cinayət törətmədiyini bildirərək ölkəyə gəlib və hava limanında həbs edilib. Lakin, Xətai Rayon Məhkəməsi öz qərarını Ərizəçinin qaçıb gizlənəcəyi ilə əlaqəndirib. Halbuki, Ərizəçinin qaçıb gizlənmə riski olmuşolsaydı Ərizəçi ölkəyə gəlməzdi. Eyni zamanda Ərizəçi ölkədə tanınmış korrupsiya qaraşdımaçısı olan jurnalistdir və bu onun gizlənməsini sıfıra endirir. Eyni zamanda Ərizəçi bildirdi ki, Azərbaycanda quru sərhədlər tamamilə bağlıdır. Ərizəçinin ölkədən çııxışna da qadağan vardır. Belə olan halda Ərizəçi ölkəni necə tərk edə bilərdi. Beləliklə Ərizəçi bildirdi ki, o və həmkarları heç bir cinayət törətməyiblər və araşdırma yazılarına görə barələrində cinayət işi başlanıb və həbs edilib, Ərizəçinin həbs edilməsi üçün əsaslı şübhə olmayıb. Ərizəçi bildirdi ki, 4 ay ərzində onunla heç bir istintaq hərəkəti aparılmayıb, müstəntiqin vəsatətdə qeyd etdiyi işlərin aparılmasına Ərizəçinin heç bir təsiri yoxdur. Eyni zamanda Ərizəçi bildirdi ki, AR Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən hər dəfə sərhəddi keçərkən 1 nəfərin 10000 ABŞ Dollarına qədər məbləği bəyan etmədən ölkəyə gətirmək və aparmaq hüququ vardır. Bundan başqa pulun gömrükdə bəyan edilməsi heç bir hüquqi və maddi zərər yaratmmır. Belə ki, pulun bəyan edilməsi nəticəsində heç bir əlavə vergi və ya ödəniş tutula bilməz. Ona görə də, Ərizəçinin üzərində bəyan edilməli pul olduğu halda bunu bəyan etməməsi də mətiqli deyildir.  
  9. Ona görə də, Konvensiyanın 5-ci, 6-cı, 10-cu, 11-ci və 5-ci , 10-cu və 11-ci maddələri ilə birilikdə götürülməklə Konvensiyanın 18-ci maddəsinin pozuntusu baş verib.  
  10. Ərizəçi apellyasiya şikayətində tələb etdi: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2024cü tarixli qərarının ləğv edilməsi, Abbasova Sevinc Vaqif qızının barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması haqqında müstəntiqin vəsatətinin və prokurorun təqdimatının təmin edilməməsi, Abbasova Sevinc Vaqif qızının dərhal həbsdən azad edilməsi, Abbasova Sevinc Vaqif qızının barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması nəticəsinə gəlindiyi halda Abbasova Sevinc Vaqif qızının barəsindəki həbsin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi, Abbasova Sevinc Vaqif qızının İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci, 6-cı, 10-cu, 11-ci və 18-ci maddələrinin pozuntusunun tanınması barədə qərar qəbul edəsiniz.
  11. Bakı Apellyasiya Məhkəməsi Ərizəçinin apellyasiya şikayətinə 19 mart 2024-cü il tarixdə baxdı və apellyasiya şikayətini təmin etmədən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarını dəyişdirmədən qüvvəsində saxladı.  
  12. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qərarı ilə Ərizəçi barəsindəki həbs qətimkan tədbirinin müddətini daha 3 ay, yəni 19 sentyabr 2024-cü il tarixədək uzadılması barədə qərar verdi.  
  13. Məhkəmə qərarda göstərdi: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Abbasova Sevinc Vaqif qızına istinad edilən cinayət əməlinin tam, hərtərəfli və obyektiv araşdırılması üçün ibtidai araşdırma orqanı tərəfindən bir çox zəruri istintaq hərəkətləri keçirilsə də, əlavə istintaq hərəkətlərinin həyata keçirilməsi və ibtidai istintaqın tamamlanması, həmçinin Azərbaycan Respublikası CPMnin 290.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, ittiham aktı ibtidai araşdırmaya rəhbərlik edən prokurora göndərilənədək təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının qanuniliyinin təmin olunması üçün əlavə müddət tələb edilir. Beləliklə, məhkəmə müstəntiqi, prokuroru, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, Abbasova Sevinc Vaqif qızının təqsirləndirildiyi cinayət əməlinin xarakteri, onun şəxsiyyəti, azadlıqda qalacağı təqdirdə cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərmək, yenidən cinayət törətmək, cinayət prosesini həyata keçirən orqandan gizlənmək ehtimallarının olması, ağır cinayətin törədilməsində təqsirləndirilməsi, həbsdə saxlama müddətinin 19 iyun 2024cü il tarixdə bitməsi nəzərə alınaraq, Abbasova Sevinc Vaqif qızının həbsdə saxlanılma müddəti 03 (üç) ay olmaqla, 19 sentyabr 2024-cü il tarixədək uzadılmalıdır.  
  14. Ərizəçi həmin qərardan yuxarıda göstərilən apellyasiya şikayətlərinin məzmununa və tələbinə uyğun apellyasiya şikayəti verdi.  
  15. Bakı Apellyasiya Məhkəməsi Ərizəçinin apellyasiya şikayətinə 21 iyun 2024-cü il tarixdə baxdı və apellyasiya şikayətini təmin etməyərək Xətai rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qərarını dəyişdirmədən qüvvəsində saxladı.

ƏRİZƏÇİNİN BARƏSİNDƏKİ HƏBSİN EV DUSTAQLIĞI İLƏ ƏVƏZ OLUNMASI BARƏDƏ VƏSATƏTLƏR VƏ MƏHKƏMƏ QƏRARLARI

  1. Ərizəçi barəsindəki həbsin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatət qaldırdı. Bildirdi ki, Ərizəçi heç bir cinayət törətməyib. Bütün bu təqiblər baş redaktoru olduğu “Abzas Media”nın müstəqil, tənqidi və araşdırmaçı fəaliyyətinə görə həyata keçirilir. 20 noyabr 2023-cü il tarixdə cinayət işi qaldırılıb “Abzas Media”nın rəhbəri Ülvi Həsənov həbs edildikdən sonra heç bir cinayət törətmədiyini, onun yox dövlət büdcəsini talayanların ölkədən qaçmalı olduğunu bildirərək ölkəyə gəlmiş və həbs edilmişdir. Belə bir adama heç bir əsas gətirmədən “qaçıb gizlənə bilər” demək hüquq və məntiq adına ləkədir. Ərizəçi bildirdi ki, daimi yaşayış və qeydiyyat yeri vardır, əvvəllər cinayət törətməyib, hazırkı ittiham isə siyasidir və yenədə heç bir cinayət törətməyib. Sübutalara çatım və təsir imkanı yoxdur. İstintaqa da təsir imkanı və vəzifəsi yoxdur. Ev dustaqlığının şərtləri çərçivəsində onun gələcəkdə məhkəmə qarşısında durmasını tam təmin etmək mümkündür. Və.s. Ərizəçi vəsatətində Abbasova Sevinc Vaqif qızının barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi, Abbasova Sevinc Vaqif qızının İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci, 6-cı, 10cu, 11-ci və 18-ci maddələrinin pozuntusunun tanınması barədə yeni qərar qəbul edəsiniz.  
  2. Xətai Rayon Məhkəməsi 10 yanvar 2024-cü il tarixli qərarı ilə Ərizəçinin vəsatəti təmin etmədi. Məhkəmə qərarda bildirdi ki, Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması üçün əsasların olmamasını, yuxarı instansiya məhkəməsinin iş üzrə mövcud olan qərarını və qərardan sonra heç bir dəyişikliyin olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Abbasova Sevinc Vaqif qızı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair müdafiəçi Sadıqov Elçin Əli oğlunun vəsatəti təmin edilməməlidir.  
  3. Ərizəçi həmin qərardan ev dustaqlığı haqqında vəsatətin və həbsdən apellyasiya şikayətyinin məzmununa uyğun apellyasiya şikayəti verdi və apellyasiya şikayətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-12/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi Abbasova Sevinc Vaqif qızının barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi, Abbasova Sevinc Vaqif qızının İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci, 6-cı, 10-cu, 11-ci və 18-ci maddələrinin pozuntusunun tanınması barədə yeni qərar qəbul edəsiniz.  
  4. Bakı Apellyasiya Məhkəməsi 18 yanvar 2024-cü il tarixdə Ərizəçinin apellyasiya şikayətinə baxdı və apellyasiya şikayətini təmin etmədən Xətai Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qərarını dəyişdirmədən qüvvəsində saxladı.  
  5. Ərizəçi barəsindəki həbs qətimkan tədbirinin müddəti Xətai Rayon Məhkəməsinin 14 mart 2024cü il tarixli qərarı ilə 19 iyun 2024-cü il tarixədək uzadıldığından Ərizəçi yenidən, yəni 08 may 2024-cü il tarixdə Ərizəçi barəsindəki həbsin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verdi və əvvəlki vəsatətindəki arqumentləri təkrarladı
  6. Xətai Rayon Məhkəməsi 09 may 2024-cü il tarixli qərarı ilə Ərizəçinin vəsatətini təmin etmədi.  
  7. Ərizəçi həmin qərardan apellyasiya şikayəti verdi və apellyasiya şikayətində tələb etdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 may 2024-cü il tarixli, İş № 4(011)-354/2024 saylı qərarının ləğv edilməsi, Abbasova Sevinc Vaqif qızının barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi, Abbasova Sevinc Vaqif qızının İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci, 6-cı, 10-cu, 11-ci və 18-ci maddələrinin pozuntusunun tanınması barədə yeni qərar qəbul edəsiniz.  
  8. Bakı Apellyasiya Məhkəməsi 15 may 2024-cü il tarixli qərarı ilə Ərizəçinin apellyasiya şikayətini təmin etmədi və Xətai Rayon Məhkəməsinin 09.05.2024-cü il tarixli qərarını dəyişdirmədən qüvvəsində saxladı.  
  9. Ərizəçi barəsindəki həbs qətimkan təbdiri Xətai Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qərarı ilə 19 iyun 2024-cü il tarixədək uzadıldığından Ərizəçi 02 iyul 2024-cü il tarixdə yenidən Ərizəçi barəsindəki həbsin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verdi və Abbasova Sevinc Vaqif qızının barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi, Abbasova Sevinc Vaqif qızının İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci, 6-cı, 10-cu, 11-ci və 18-ci maddələrinin pozuntusunun tanınması barədə yeni qərar qəbul edilməsini xahiş etdi.  
  10. Ərizəçinin vəsatətinə Xətai Rayon Məhkəməsi 03 iyul 2024-cü il tarixdə baxdı və vəsatəti eyni əsasları gətirərək təmin etmədi.  
  11. Ərizəçi həmin qərardan apellyasiya verdi  
  12. Bakı Apellyasiya Məhkəməsi 10 iyul 2024-cü il tarixdə Ərizəçinin apellyasiya şikayətinə baxdı və apellyasiya şikayətini təmin etməyərək Xətai rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli qərarını dəyişdirmədən qüvvəsində saxladı.  
  13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sahibə Hacıyeva 07 sentyabr 2024-cü il tarixli qərarı ilə Ərizəçinin həbsdə saxlanılma müddəti 03 ay olmaqla 12 ay 29 günədək, yəni 19 dekabr 2024-cü il tarixə kimi uzatmış. Həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.  
  14. Ərizəçilər AR CM-nin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittiham edilir.  
  1. Qeyd edilməlidir ki, bütün ittihamlar siyasi və saxtadır və hər hansı bir sübut mövcud deyildir.  
  2. İttihamlar əsasən bir-biri ilə ziddiyyət təşkil edən, hədə qorxu və təzyiqlərlə alınmış və qanunsuz yollarla əldə edilmiş “sübutlara” əsaslanır.  
  3. Belə ki, istintaq orqanı Məhəmməd Kekalova təzyiq və təsir etməklə qanunsuz ifadələr almışdır. Hətta ilkin ifadələrində qrant məbləğlərini bilməməsini, xatırlamamasını deməsi, hətta guya Ülvi Həsənovun onu belə məlumatlara çatım imkanından məhrum etməsini deməsinə baxmayaraq, Kekalov qrantlar barədə sonradan yuvarlaq rəqəmlər, ən sonda isə istintaqın konkret məbləğlər barədə ifadələrində qeyd etməsi onu deməyə əsas verir ki, həmin məbləğlər istintaq orqanı tərəfindən uydurulmuş və ifadələrə həkk edilmişdir.  
  4. Məhkəmə istintaqı zamanı Kekalov Məhəmməd istintaq zamanı verdiyi ifadələrin heç birini təsdiq etməmiş və həmin ifadələri istintaq orqanının israrlı tələblərindən sonra Real TV-də aparılan qara kampaniya əsasında Mirşahidn Ağayevin verilişi əsasında istintaqa ifadə verdiyini, donor təşkilatları və qrant məbləğlərini həmin verilişə uyğun özündən uydurduğunu, onda götürülmüş, telefon, komputer və ipad-də qeyd edilən məlumatların olmadığını, həmin məlumatların qeyd edilən avadanlıqlara sonradan yerləşdirildiyini bildirmişdir.  
  5. Həmçinin nəzərə almaq lazımdır ki, itintaq zamanı “sənədlərin” nə zaman, hansı üsulla hazırlanması, oradakı imzaların hansı üsullarla sənədlərə əlavə edilməsinin müəyyən edilməsi barədə vəsatətlərimiz təmin edilməmişdir. Halbuki, bu həmin “sənədlərin” mötəbərliyinin və istifadəsinin mümkünlüyü baxımından çox önəmlidir. Həmin “sənədlərin” nə zaman, hansı üsulla yaradılması və imzaların qoyulması üsullarının müəyyən edilməsindən yayınması onu göstərir ki, həmin sənədlər istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin və digər şəxslərin imzalarının saxtalaşdırılaraq komputer vasitəsilə həmin “sənədlərə” qoyulmuşdur.  
  6. Qeyd edilməlidir ki, heç bir “sənədin” əsli mövcud deyildir.:
  7. Qeyd edilməlidir ki, istintaq orqanı qeyd edilən “sənədlərin” baxış keçirilərək rəngli printerdən çap edilməsini qeyd etsə də, həmin baxışın özünün videoçəkilişi yoxdur.  
  1. Ona görə də, heç bilinmir ki, həmin sənədlər qeyd edilən qurğularda olub-ya yox. Ekspertin ekspertiza rəyinə əlavə etdiyi qeyd edilən xarici sərt yaddaş qurğusu da məhkəməyə təqdim edilməyib.  
  2. Məhkəmə eyni zamanda həmin avadanlıqların və xarici sərt yaddaş cihazının da məhkəməyə gətirilməsi və qeyd edilən məlumatların həqiqətən həmin qurğularda olub olmamasını və eyni zamanda ekspertiza rəyinə əlavə edilmiş xarici sərt yaddaş qurğusunun içərisində həmin sənədlərin olub-olmamasını, həmin sənədlərin və cihazlardakı sənədlərin nə vaxt, kim tərəfindən yaradılmasını və həmin sənədlərin təqdim edilmiş sənədlərlə eyni olub-olmamasını araşdırmamışdır.  
  3. Halbuki, CPM-nin 135.1. maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Şəxsin vəzifəsinə və yerinə yetirdiyi işə görə ona məlum olan halları imzası ilə təsdiq etdiyi və qanunvericiliyin müəyyən etdiyi formada tərtib edilmiş sənəd rəsmi sənəd hesab olunur.
  4. CPM-nin 135.2. maddəsinə əsasən bu Məcəllənin 128.1-ci maddəsində nəzərdə tutulmuş xüsusiyyətlərə malik sənədlər də maddi sübut hesab edilə bilər.
  5. CPM-nin 135.3. maddəsinə əsasən ittiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Cinayət prosesində sənədlərin surətindən istifadə olunmasına tərəflərin razılığı ilə icazə verilir.
  6. CPM-nin 128.1.maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər.
  7. Müəyyən olunur ki, hazırkı işdə AR CPM-nin 128.1. maddəsi ilə müəyyən edilmiş hallar mövcud deyil. Yəni, həmin sənədin nə vaxt yaradılması, hansı üsulla yaradılması, imzaların hansı üsulla həmin “sənədlərə” əlavə edilməsini müəyyən etmək mümkün olmamışdır.
  8. Qeyd edilən “sənədlər” kserosurətləri olduğundan təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı həmin sübutların istifadəsinə icazə verməyiblər. Hazırda da, həmin kserosurətlərdən ibarət olan sənədlərin istifadəsinə icazə vermirlər. Ona görə də, həmin “sənədlər” yolverilməz sübutlar kimi iş materiallarından xaric edilməlidirlər. Lakin, məhkəmə bütün bu vəsatətlər təmin etməməklə ümumilikdə məhkəmə prosesini ədalətsiz edib və Konvensiyanın 6(1) və 6(3) maddələrini pozub.  
  9. Bütövlükdə məhkəmə icraatının ədalətli olub-olmadığının müəyyən edilməsi zamanı həmçinin müdafiə hüquqlarına riayət edilib-edilmədiyi nəzərə alınmalıdır. Xüsusən,ərizəçiyə sübutun həqiqiliyinə və istifadəsinə qarşı etiraz etmək imkanının verilib-verilmədiyi mütləq yoxlanmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, onun əldə edildiyi şərait və bu şəraitin sübutun etibarlılığına və səhihliyinə kölgə salıb-salmadığı mütləq nəzərə alınmalıdır.  
  10. Bununla əlaqədar olaraq, Məhkəmə sözügedən sübutun məhkəmə icraatının nəticəsi üçün həlledici olub-olmadığına da əhəmiyyət verir (Gefgen Almaniyaya qarşı).  
  11. Müəyyən edilmiş Konvensiya pozuntusunun xarakterinin araşdırılmasına gəldikdə isə, 8-ci Maddənin pozulması ilə əldə edilən məlumatın sübut kimi istifadəsinin bütövlükdə məhkəmə prosesini 6-cı Maddənin ziddinə ədalətsiz edib-etmədiyi, məhkəmə işinin bütün halları, xüsusən ərizəçinin müdafiə hüququ və sözügedən sübutin keyfiyyəti və əhəmiyyəti nəzərə alınmaqla müəyyən edilməlidir (Gefgen Almaniyaya qarşı, [BP], § 165).  
  12. Lakin 3-cü Maddənin pozulması ilə əldə edilmiş sübutin cinayət mühakimə icraatında istifadəsinə xüsusi yanaşma tətbiq edilir. Konvensiyanın zəmanət verdiyi əsas və mütləq hüquqlardan birinin pozulması nəticəsində təmin edilmiş belə sübutdan istifadə (belə sübutun mümkün hesab edilməsi ittiham hökmü üçün həlledici olmadıqda belə) hər zaman məhkəmə icraatının ədalətliliyi ilə bağlı ciddi suallar ortaya çıxarır (Yalloh Almaniyaya qarşı [BP], §§ 99 və 105; Arutunyan Ermənistana qarşı, § 63).  
  13. Buna görə də cinayət mühakimə icraatında 3-cü Maddənin pozulması nəticəsində əldə edilən bəyanatın istifadəsi - davranışın işgəncə, qeyri-insani və ya alçaldıcı rəftar kimi təsnif edilməsindən asılı olmayaraq - 6-cı Maddənin pozulması çərçivəsində bütövlükdə icraatın avtomatik olaraq ədalətsiz elan edilməsinə səbəb olur (El Haski Belçikaya qarşı; Gefgen Almaniyaya qarşı [BP], § 166). Bu, həmçinin, birbaşa işgəncə nəticəsində əldə edilən maddi sübutun istifadəsi üçün keçərlidir (Yalloh Almaniyaya qarşı [BP], § 105; Gefgen Almaniyaya qarşı [BP], § 167). 3-cü Maddənin ziddinə qeyri-insani rəftar kimi təsnif edilən, lakin işgəncə olmayan hərəkətlər nəticəsində əldə edilmiş belə sübutun mümkün hesab olunması yalnız o halda 6-cı Maddənin şərtlərini pozur ki, Konvensiyanın 3-cü maddəsinin pozuntusu təqsirləndirilən şəxsə qarşı aparılan icraatın nəticəsinə, yəni ittiham hökmünə və ya cəzalandırılmasına təsir göstərdiyi sübut olunsun (El Haski Belçikaya qarşı, § 85; Gefgen Almaniyaya qarşı [BP], § 178).  
  14. Bu prinsiplər yalnız 3-cü Maddəyə zidd rəftarın qurbanının faktiki təqsirləndirilən şəxs olduğu hallarda deyil, həm də söhbətin üçüncü tərəflərdən getdiyi hallara tətbiq olunur (El Haski Belçikaya qarşı, § 85). Məhkəmə xüsusən müəyyən etmişdir ki, işgəncə nəticəsində əldə edilmiş sübutin məhkəmə prosesində istifadəsi, sübutun alındığı şəxs üçüncü tərəf olduqda belə, ədalət mühakiməsi prinsipinin kobud inkarıdır (Otman (Əbu Qatada) Birləşmiş Krallığa qarşı, §§ 263 və 267). 
  15. Təqsirləndirilən şəxslərin hamısı jurnalistdir.
  16. Ərizəçilər xarici donorlardan qeydiyyata alınmadan qrant almaqda və onu ölkəyə gətirməkdə təqsirləndirilirlər. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamı verilsə də, həmin ittihamın məzmunu aydın deyil.  
  17. Ərizəçilərə verilmiş ittihamdan qeyd edilib ki, həmin qrant məbləğləri xarici ölkələrdə əldə edilib.  
  18. Beləliklə müəyyən olunur ki, Ərizəçilər qrant almışlarsa belə əldə etdikləri ölkələrdə bununla bağlı heç bir qanun pozuntusu olmamışdır.  
  19. Azərbaycan Hökümətinin Avropa Məhkəməsində irəli sürdüyü mövqeyinə görə də “hüquqi şəxs statusuna malik olmama ictimai birliyi öz fəaliyyətini davam etdirməkdən saxlamırdı.” (İsmayılov Azərbaycana qarşı işi, N 4439/04, 44-cü bənd)
  20. Mülki Məcəlləsinin (MM) 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəyti şəxsin müstəqil sürətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi  olan fəaliyyətidir.
  21. Vergi Məcəlləsinin 13.2.37-nin maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.
  22. İş materialları ilə Ərizəçilərin pullu xidmət göstərməsi halları müəyyən edilməmişdir.  
  23. Lakin, Ərizəçilərin qrant müqaviləsi əsasında jurnalist fəaliyyətinin göstərmələri, araşdırma jurnalistika faəliyyəti ilə məşğul olmaları, hesabat hazırlaması nə Mülki Məcəllənin tələbləri baxımından, nədə ki, Vergi Məcəlləsinin tələbləri baxımından sahibkarlıq fəaliyyəti deyildir. 
  24. Sahibkarlıq tamamilə fərqli anlayışdır və onu xarakterizə edən əlamətlər müxtəlif qanunvericilik aktlarında, amma eyni məzmunda əks etdirilib. Sahibkarlığın daha geniş anlayışı Sahibkarlıq fəaliyyəti haqqında Qanunun 1-ci maddəsində verilir: “Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir”  
  25. Sahibkarlıq fəaliyyətinin əsas məqsədi müntəzəm gəlir əldə etməkdir və bu məqsədə nail olmağın üsulu əmlakdan istifadə, malların istehsalı və (və ya) satışı, işlər görülməsi, xidmətlər göstərilməsidir.Qəbul edilmiş praktikaya əsasən yanlız vergi ödəyicisi kimi qeydiyyata durmadan və lisenziyalı fəaliyyəti lisenziya almadan və lisenziya alma qaydalarını pozaraq həyata keçirilməsi qanunsuz sahibkarlıq hesab edilir.  
  26. Yalnız vergi ödəyicisi kimi qeydiyyata durmadan və ya lisenziyalı fəaliyyəti lisenziya almadan və lisenziya alma qaydalarını pozaraq həyata keçirilməsi qanunsuz sahibkarlıq hesab edilir. (AR CM maddə 192)  
  27. QHT və digər fəaliyyəti üçün qeydiyyata alınması şərti qanunvericilikdə mövcud deyildir. O baxımdan da, Ərizəçilərin əməlində həmin maddənin tərkibi əlamətini yaradan “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərilməsindən” söhbət getmir.
  28. Ərizəçilərin aldıqları qrantları qeydiyyata almadan xərcləmələri qanunsuz olaraq məsuliyyətə səbəb olub. Halbuki, Qrant haqqında qanuna görə, qanun resipiyentlərdən aldıqları qrantları qeydiyyat üçün təqdim etmələrini tələb edir. Məhz təqdim etmələrini, qeydiyyata aldırmalarını deyil. Çünki, müqavilənin qeydiyyata alınması vətəndaşın deyil, dövlətin vəzifəsidir.
  29. Qrant müqavilələrinin qeydə alınması  inzibati hərəkətdir (prosedurdur) və bu qeydəalma hərəkəti müqavilənin mahiyyətini, hüquqi təbiətini dəyişə bilmədiyi üçün sahibkarlıq kimi təqdim edilməməlidir. Qrant müqaviləsi qeydiyyata alınmasa da, onun mahiyyəti dəyişmir, o qrant müqaviləsi olaraq qalır. Qeyd edilməlidir ki, qanunvericilikdə yalnız qrant müqaviləsinin bağlandığı gündən etibarən 1 ay müddətində dövlət qeydiyyatına alınması üçün müraciət edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Digər hallara görə yox. Bununla qanunvericlik həmçinin müəyyən edir ki, qrant müqaviləsinin dövlət qeydiyyatına alınması üçün müraciət edilməsindən başqa digər hallara görə qrant alan heç bir məsuliyyət daşımır.
  30. AR İnzibati Xətalar Məcəlləsinin 432.1. maddəsinə əsasən qrant verən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, yaxud Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar və ya qrant alan Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
  31. Göründüyü kimi, bütün hallarda qrant müqavilələrinin qeydiyyatına görə məsuliyyət nəzərdə tutulmayıb və söhbət qrant müqaviləsinin qeydiyyat üçün müraciət edilməməsindən gedir ki, bu da AR İXM-nin 432.1. maddəsi ilə məsuliyyətə, yəni cəriməyə səbəb ola bilərdi.  
  32. Qrant müqaviləsi olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardım qəbul edə bilməz.
  33. 17 dekabr 2013-cü ildə Qrant Haqqında Qanuna dəyişiklik edildi və bu dəyişiklik 4 fevral 2014-cü il tarixdə qüvvəyə mindi. Həmin dəyişilkiyə əsasən Qrant haqqında qanunun 4-cü maddəsinin 5-ci bəndinə əsasən “Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr(qərarlar) üzrə bank əmaliyyatları və hər hansı digər əmaliyyatlar aparıla bilməz. Göründüyü kimi, əməliyyatlar aparılması qadağan olunur lakin, həmin məbləğin qanunsuz sahibkarlıq və s. Formada cinayət olması ilə bağlı heç nə yoxdur.  
  34. Ərizəçilərin qrant məbləğindən vergi ödəməmələri qanunsuz olaraq məsuliyyətə səbəb olub. Halbuki, Vergilər Məcəlləsinin (VM) 106.1.2. maddəsinə əsasən qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr vergidən azaddır.
  35. ƏDV-yə sıfır (0) dərəcəsi ilə cəlb edilən işlərin görülməsinin, xidmətlərin göstərilməsinin siyahısı Veri Məcəlləsinin (VM)  165-ci maddəsində verilib. Bura qrantlar da aiddir. Deməli qrantla işləri görən, xidmətləri göstərən şəxslər tərəfindən
  36. bu işlərə və xidmətlərə görə ƏDV-ni hesablanmır və dövlət büdcəsinə ödənilmir. Lakin ittiham tərəfi qrant müqaviləsi əsasında alınmış məbləğə ƏDV hesablayıb.
  37. VM-nin 3.8-ci maddəsi müəyyən edir ki, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.
  38. Ərizəçilərin qanunsuz sahibkarlıq fəaliyyəti göstərməsi, qrantı qeydiyyata almadan xərcləmələri və  qrant məbləğindən vergi ödəməmələrinə görə ittiham edilmələri  tamamilə əsassız idi və bu hal Konvensiyanın 7-ci maddəsinin pozuntusudur. Ona görə ki, qrant müqavilələri qeydiyyata alınmamışdısa Ərizəçilər qüvvədə olan AR İXM-nin 432.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilib cərimə edilə bilərdilər.  
  39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının 1 nömrəli əlavəsinə əsasən (Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısı) hər bir şəxs ölkə ərazisinə daxil olarkən və ölkədən çıxarkən üzərində 10.000 ABŞ Dolları həcmində xarici valyutanı bəyan etmədən ölkədən apara və ölkəyə gətirə bilər.  
  40. Kekalovdan qanunsuz yolla alınmış ifadələrdən görünür ki, hər bir şəxsin gömrük ərazidinən keçirdiyi iddia edilən pul məbləği 10.000 ABŞ Dolları məbləğindən aşağı məbləğ olmuşdur.  
  41. İstintaq qanunsuz olaraq bunu “vahid” niyyət kimi abstarkt bir ifadə ilə ittiham etməyə çalışmışdır. Hansı ki, vahid niyyətin hissələrini təşkil edən epizodların ən azı bir neçəsi cinayət hesab edilməlidir. Belə ki, bir şəxs üçün bəyan edilmədən ölkəyə 10.000 ABŞ Dollarına qədər pulu gətirməsi heç bir hüquq pozuntusu deyildir.  
  42. İstintaqın məntiqsiz məntiqi ilə götürsək hər dəfə istirahətə gedən şəxs üzərində 2000 ABŞ Dolları həcmində pul aparsa 6-cı səfərində artıq o qaçaqmalçıdır.
  43. Və yaxud ər arvad hərəsi üzərinə 6000 ABŞ Dolları həcmində pulu keçirsələr onlarda qaçaqmalçıdırlar, ona görə həmin pulu xaricdə birlikdə xərcləməyi planlaşdırıblar.  
  44. Eyni zamanda ölkəyə gələn əcnəbi ər arvad hərəsi 5500 ABŞ Dolları ölkədə xərcləmək üçün gətirsələr onlar da qaçaqmalçıdırlar.  
  45. Verilən bu ittiham Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının 1 nömrəli əlavəsinə əsasən tamamilə əsassızdır.  
  46. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamı da uydurmadır. Belə ki, ilk öncə əmlakın cinayət yolu ilə əldə edilib edilməməsi yoxlanılmalı və leqallaşdırma üçün hasnı vasitələrdən istifadə olunduğu bəlli olmalıdır.  
  47. Verilmiş ittihamdan da göründüyü kimi qrant məbləğləri əldə edilən ölkələrin qanunverciliyinə əsasən həmin məbləğlərin qeyd edilən ölkələrdə əldə edilməsi qanunsuz olmamışdır və cinayət hesab edilmir. Azərbaycan qanunvericiliyinə əsasən də, qeydiyyata alınmamış qrant müqaviləsi üzrə əldə edilmiş məbləğ cinayət yolu ilə əldə edilmiş pul hesab edilmir. Sadəcə inzibati məsuliyyəti vardır.  
  48. Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə cinayətinə dair bəzi məsələlər haqqında AR Ali Məhkəməsi Plenumunun 20 fevral 2023-cü il tarixli Qərarının 5-ci bəndinə əsasən Palermo və Varşava Konvensiyalarına, FATF-ın 3-cü Tövsiyəsinə, həmin Tövsiyəyə dair İzahlı Qeydə və onlarla uzlaşan CM-in 193-1-ci maddəsinin dispozisiyasına əsasən predikativ hüquq pozuntusu birbaşa və ya dolayı yolla qanunsuz gəlirlərin əldə edilməsi ilə müşayiət olunan, istər Azərbaycan Respublikasının ərazisində, istərsə də onun hüdudlarından kənarda törədilən, həm ərazisində törədildiyi dövlətin qanunvericiliyinə, həm də Azərbaycan Respublikasının CM-ə əsasən cinayət hesab edilən (ikiqat kriminallıq yaradan) qəsdən törədilən əməldir.
  49. Yəni, qrant məbləğinin əldə edilməsini cinayət hesab etmək üçün həmin məbləğin əldə edildiyi ölkənin qanunvericliyinə diqqət yetirilməlidir. Əgər ittiham tərəfi (bu ittiham da tam aydın deyil) hesab edirsə ki, qeydiyyatsız qrant almaq cinayətdir, o zaman ittiham israr edir ki, qrant məbləği Gürcüstan Respublikasının ərazisində alınmışdır. Deməli istintaq və ittihamın məntiqincə və qanunsuz sahibkarlığın mahiyyətinə və iqtisadi fəaliyyət əleyhinə olan cinayətlərin bitmə anlayışı prinsipinə görə əmlakın əldə edildiyi yer, yəni ittihamın mövqeyinə əsasən desək Gürcüstan Respublikasının ərazisində qanunsuz sahibkarlıq birmişdir. Lakin, qeydiyyatsız qrant alınması Gürcüstan Respublikasının qanunverilciliyinə əsasən qrantın alınması üçün xüsusi bir icazə, qeydiyyat sistemi yoxdur və buna görə məsuliyyət də yoxdur.  
  50. Qeyd edilməlidir ki, AR CM-nin 193-cü maddəsi ancaq cinayət yolu ilə əldə edilmiş məbləğin leqallaşdırılmasını cinayət hesab edir.  
  51. Belə ki, adı çəkilən Plenum qərarının 5.1. bəndində göstərilir ki, 5.1. Cinayətdən başqa digər hüquq pozuntusu, o cümlədən inzibati xəta kimi təsnif edilən əməl predikativ hüquq pozuntusu hesab edilmir.
  52. Cinayət yolu ilə əldə edilmiş məbləğ ilkin pul məbləğinin əldə edilməsində cinayətin baş verməsini ehtiva edir. Məsələn narkotikin satışından əldə edilmiş pul, quldurluq, qumarxana, fahişəxana, soyğunçuluq nəticəsində əldə edilmiş pul və.s.  
  53. Bundan başqa cinayətin baş verməsi üçün labuddür ki, şəxs əmlakın mənbəyini gizlətmək üçün başqa üsullara əl atır. Məsələn hotel açıb olmayan qonalqları yazmaqla həmin puluun hotelçilikdən gəldiyini göstərməyə çalışır və eyni şeyi çamaşırxana və digər ilkin gəlirin müəyyən edilməsi mümkün olmayan bizneslər vasitəsilə həmin pulun qazanılmasına dair pərdələnmiş biznes yaradır.  
  54. Hazırkı işdə isə pulun yalnızca nağdlaşdırılmasına görə həmin gülünc ittiham verilib. Hansı ki, pulun nağdlaşdırılmasına görə həm qanunsuz sahibkarlıq, həm vergidən yayınma həm də cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları verilib. Halbuki, ittihamın məzmunundan da leqallaşdırma müəyyən olunmur.  
  55. Cinayət işinin birinci cildindin 8-ci səhifəsində 20 noyabr 2023-cü il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət axtarışı idarəsinin baş əməliyyat müvəkkili Orxan Seyidov həmin baş idarənin rəis müavini Vüqar Ələkbərova raportla müraciət edərək bildirib ki, Həsənov Ülvi Faxrədin oğlunun yaxın əlaqəsi olan Kekalov Məhəmməd Şamil oğlunun gömrük sərhəddindən və gömrük nəzarətindən kənar külli miqdarda xarici valyutanı ölkəyə gətirməsi barədə qərəzsiz mənbədən ona məlumat daxil olduğunu və həmin məlumatın yoxlanılması üçün əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir.  
  56. Cinayət işinin 1-ci cildinin 13-cü səhifəsində olan əməliyyat qrupunun təşkil edilməsi barədə protokoldan görünür ki, üç nəfər polis işçisi, yəni Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət axtarışı idarəsinin baş əməliyyat müvəkkili Orxan Seyidov Ziyəddin oğlu, Məsimov Alik Arif oğlu, Məmmədov Yusif Fuad oğlu protokol tərtib edib özlərindən üç nəfərlik əməliyyat qrupu yaradıblar. Halbuki, belə bir qrupun yaradılması rəisin və ya rəis müavinin səlahiyyətidir və əməliyyat qrupu ancaq həmin şəxslərin müvafiq qərarları əsasında yaradıla bilərdi.  
  57. Kekalov Məhəmmədin evində axtarış və götürmə protokolundan görünür ki, onun evində axtarış və götürmə məhkəmə qərarı olmadan keçrilmişdir. Həmin axtaış və götürmədə hal şahidləri olaraq 17.12.1996-cı ildə Şəhərində anadan olmuş, Şamaxı rayonu Qurdtəpə qəsəbəsində qeydiyyatda olan Yasamal rayonu Qızıl Şərq küçəsi 1028-də kirayə yaşayan Nəbiyev Sabir Sahib oğlu və 06.05.2006-cı ildə Balakən rayonunda anadan olan Yasamal Rayonu D.Bünyadzadə küçəsiev 128-də qeydiyyatda olmaqla yaşayan, Mirzəyev Səməd Sabir oğlunun iştirakları yazılmışdır. Lakin, həmin şəxslər istintaq zamanı belə dindirilməmişlər.  
  58. Cinayət işinin 1-ci cildinin 21-ci səhfəsində olan raportda göstərilir ki, eyni gündə, eyni anda, yəni 20 noyabr 2023-cü il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət axtarışı idarəsinin baş əməliyyat müvəkkili Quluzadə Rauf Fuad oğluna da eyni xarakterli məlumatlar Həsənov Ülvi Faxrəddin oğlu barəsində daxil olmuş, Quluzadə Rauf da əməliyyat qrupunun təşkile dilməsi barədə protokol tərtib edərək öz başından səlahiyyəti olmadığı halda əməliyyat qrupuna idarənin əməliyyat müvəkkilləri olan Məmmədov Pərviz Cəbrayıl oğlunu, Səfərov Atabəy Cəmşid oğlunu və Şükürlü Xəqani Altay oğlunu qrupa əlavə etmişdir.  
  59. 1-ci cildin 23-cü səhifəsində protokol tərtib edilmişdir ki, guya Həsənov Ülvi Faxrəddin oğlu ona məxsus İphone markalı mobil telefonunu, qara rəngli ağıllı saatını, Macbook Pro markalı komputerini və Marshall markalı qulaqcığını Quluzadə Rauf Fuad oğluna könüllü vermişdir.  
  60. Halbuki, istər Kekalov Məhəmmədin evində axtarış və götürmə aparılması, istərsə də Həsənov Ülvinin əşyaları “könüllü verməsi” ilə bağlı hallar olmamışdır. Bu protokollar təzyiq altında tərtib edilmişdir.  
  61. C.İ-nin 1-ci cildinin 44-cü səshifəsində olan imzalar yerində görünür ki, polis əməliyyat müvəkkili Məmmədov Pərviz ofisdə aparılmış axtarış və götürmə protokolunu həm də hal şahidinin yerinə imzalamışdır.  
  62. Eyni zamanda həmin protokoldan görünür ki, Əməliyyat qrupunda adı olmadığı halda Polis Polkovnik leytnantı Ağayev Mail Nadir oğlu da iştirak etmişdir ki, bu tamamilə qanunsuz olmuşdur.
  63. Bundan başqa 1-ci cil 48-ci səhifədə olan axtarış və götürmə zamanı aparılmış fotoçəkilişdən görünür ki, vəkillə yanaşı 4 nəfər polis birlikdə şəkil çəkdiriblər. Lakin, həmin fotoşəkili çəkən polisin adı protokola daxil edilməyib və protokolu imzalamayıb.  
  64. Bundan başqa həmin axtarış və götürmə videosuna baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin videoçəkiliş 2651-2.53-cü dəqiqəsindən görünür ki, bir nəfər polis geyimində, üzünü maska ilə gizlədərək ofisə daxil olmuşdur. Hamin şəxsin adı protokolda yoxdur və məhkəmə həmin şəxsin şəxsiyyətini müəyyən etməkdən imtina etmişdir. Beləliklə müəyyən edilmişdir ki, ofisə qoyulan 40000 Avro pul həmin şəxs tərəfindən qoyulmuşdur.    
  65. İbtidai istintaq zamanı sürücü 10 aprel 1988-ci ildə anadan olmuş, Zaqatala rayonu, Üçüncü tala kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 10 may küçəsi ev 167-də yaşayan Mahmudov Yunus Mahmud oğlu şahid qismində dindirilsə də, sonuncu şahid qimsində ittiham aktında göstərilməmişdir.  
  66. C.İ-nin 1-ci cildinin 94-cü səhifəsindəki Rauf Quluzadənin raportundan görünür ki, həmin gün eyni vaxta həmdə ona Abbasova Sevinc Vaqif qızı barədə də eyni xarakterli məlumatlar daxil olub. 
  67. Həsənov Ülvi və Abbasova Sevinc Vaqif qızı barədə guya daxil olmuş məlumat əsasında raport yazılsa da, onlarla bağlı əməliyyat tədbirinin keçirilməsi və həmin əməliyyat tədbirinə razılıq verilməsi barədə qərar mövcud deyildir. Halbuki, əməliyyat axtarış tədbirinin keçirilməsinə əsas həmin qərar və rəhbərliyin razılığının olmasıdır.  
  68. C.İ-nin 1-ci cildinin 9-cu və 10-cu səhifələrində olan əməliyyat tədbirinin həyata keçirlməsi haqqında qərar ancaq və ancaq Kekalov Məhəmməd Şamil oğlu barəsindədir.  
  69. C.İ-nin 1-ci cildinin 95-ci səhifəsindəki 20 noyabr 2023-cü il tarixli əməliyyat qrupunun təşkil edilməsi barədə protokoldan görünür ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət axtarışı idarəsinin baş əməliyyat müvəkkili Məmmədov Tural Sadir oğlu əməliyyat qrupu təşkil etmiş, əməliyyat qrupuna həmin idarənin əməliyyatçıları Quluzadə Rauf Fuad oğlunu, Qasımov Anar Sədrəddin oğlunu, Məmmədov Pərviz Cəbrayıl oğlunu, Mustafayev Fərid Zahid oğlunu və Ağayev Nail Nadir oğlunu əməliyyat qrupuna əlavə etmişdir.
  70. Göründüyü kimi, CPM-də əməliyyat-axtarış tədbirləri keçirilərkən şəxsi toxunulmazlıq, yazışma, telefon danışıqları, poçt, teleqraf və poçt rabitəsi şəbəkələri ilə ötürülən digər məlumatların sirri, eləcə də mənzil toxunulmazlığı barədə hər bir kəsin konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair materiallara məhkəmə qaydasında baxılması nəzərdə tutulmuşdur. Məhkəmə nəzarəti qaydasında daxil olan əməliyyat-axtarış sənədlərində göstərilən məlumatların məxfiliyinin təmin edilməsi üçün məhkəmədə şərait yaradılır.
  71. Qeyd edilməlidir ki, məhkəmə heç əsaslandırma etmədən əməliyyat məlumatlarının hqəqiqətən mövcud olub-olmamasını yoxlamamış, əməliyyat məlumatlarının qeydiyyatı kitabını tələb etməmiş, əməliyyat məlumatının olub-olmamasını müəyyən etməmiş, əmıəliyyat məlumatının mahiyyətini, onu verən şəxslərin kimliyini, həmin məlumatı verən şəxsin, şəxslərin Ərizəçi ilə ədavətli, qərəzli münbasibətlərinin olub-olmaması aydınalşdırılmamışdır.  
  72. Azərbaycan Respublikası “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 6-cı maddəsinin 10-cu bəndinə əsasən hadisələrin, faktların, əşyaların və digər informasiya mənbələrinin əməliyyat uçotunu aparmaq əməliyyat-axtarış fəaliyyəti subyektlərinin vəzifəsidir. Həmin qanunun 15-ci maddəsinin 1-ci hissəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi olduqda bu qanunda nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır.  Həmin maddənin 3-cü bəndinə görə əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir.
  73. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (Ibrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır.
  74. Beləliklə, məhkəmənin razılığı ilə aparılan tədbirlərə dair məhkəmə nəzarətini həyata keçirən hakimin qanunvericiliklə müəyyən edilən səlahiyyətləri kifayət qədər genişdir. Əvvəla, məhkəmənin razılığını almaq məqsədi ilə qaldırılan vəsatətə istintaq hərəkətinin məcburi aparılmasının, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinin və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin zəruriliyini təsdiq edən materiallar əlavə edilməlidir. Həmin materiallar kifayət etmədikdə, hakim onların tamamlanmasını tələb etmək hüququna malikdir.
  75. Lakin, işdə olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli əməliyyat-axtarışın qanuniliyinin yoxlanılması qərarından görünür ki, həmin məhkəməyə yalnız və yalnız Orxan Seyidovun 20 noyabr 2023-cü il tarixli qərarı təqdim edilmişdir.  
  76. Göründüyü kimi, CPM-də əməliyyat-axtarış tədbirləri keçirilərkən şəxsi toxunulmazlıq, yazışma, telefon danışıqları, poçt, teleqraf və poçt rabitəsi şəbəkələri ilə ötürülən digər məlumatların sirri, eləcə də mənzil toxunulmazlığı barədə hər bir kəsin konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair materiallara məhkəmə qaydasında baxılması nəzərdə tutulmuşdur. Məhkəmə nəzarəti qaydasında daxil olan əməliyyat-axtarış sənədlərində göstərilən məlumatların məxfiliyinin təmin edilməsi üçün məhkəmədə şərait yaradılır.
  77. Qeyd edilən vəsatət təmin edildiyi təqdirdə müəyyən ediləcəkdir ki, təqsirləndirilən şəxlər barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamış, müdafiə etdiyimiz şəxslər siyasi sifarişlə həbs edilmiş, müdafiə etdiyim şəxslərdən götürülmüş əşyalara qanunsuz müdaxilələr edilməklə saxta sənədlər həmin texniki vasitələr yerləşdirilmiş, həmin sənədlər müdafiə etdiyimiz şəxslərin həbsindən sonra yaradılmışdır.  
  78. İş üzrə ittiham aktında qeyd edilmişdir ki, “cinayət işi üzrə maddi sübut hesab edilmiş - təqsirləndirilən şəxslər Həsənov Ülvi Fəxrəddin oğlu, Abbasova Sevinc Vaqif qızı, Kekalov Məhəmməd Şamil oğlu, Absalamova Nərgiz Fəzail qızı, Qasımova Elnarə Bahadar qızı, Babalı Hafiz Ərköyün oğlu və Mehralızadə Fərid İsa oğlunun qeyriləri ilə birgə “AbzasMedia” adı altında fəaliyyət göstərdikləri Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, mənzil 94 ünvanında yerləşən ofis sahəsinə baxış keçirilərkən aşkar edilərək götürülmüş 200 ədəd 200 avro pul əsginaslarından ibarət 40000 (qırx min) avro pul vəsaiti saxlanılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan Şöbəsinə təhvil verilmişdir.” Lakin, istintaq zamanı müdafiə tərəfi vəsatət vermiş, həmin pulların məhkəmə trassoloji daktiloskopik ekspertizasının aparılmasını tələb etmişlər. Lakin, həmin pulların üzərində ancaq polis əməkdaşlarının əl-barmaq izlərinin olduğundan əmin olan istintaq həmin vəsatəti heç bir qanuni əsas olmadan təmin etməmişdir. Halbuki, cəmiyyətdə Toplum TV işi kimi tanınan, Bakı Şəhər Baş Polis İdarəsinnin İstintaq idarəsinin eyni müstəntiqləri tərəfindən istintaq edilən 240200012 saylı cinayət işi üzrə istintaq öz təşəbbüsü ilə məhkəmə trassoloji daktiloskopik ekspertiza təyin etmişdir.  
  79. Ona görə də, iş üzrə 200 ədəd 200 avro pul əsginaslarından ibarət 40000 (qırx min) avro pul vəsaitinin kimə məxsus olmasının müəyyən edilməsi üçün həmin əskinaslarda Həsənov Ülvi Fəxrəddin oğlu, Abbasova Sevinc Vaqif qızı, Kekalov Məhəmməd Şamil oğlu, Absalamova Nərgiz Fəzail qızı, Qasımova Elnarə Bahadar qızı, Babalı Hafiz Ərköyün oğlu və Mehralızadə Fərid İsa oğlunun əl-barmaq izlərinin olub-olmamasının müəyyən edilməsi həyati əhəmiyyat daşıyır.  
  80. Həmin pulların ekspertizası keçirildiyi halda müəyyən ediləcəkdir ki, həmin pullarda yalnız polis əməkdaşlarının əl-barmaq izləri vardır və həmin pullar Orxan Seyidov Ziyəddin oğlu, Məsimov Alik Arif oğlu, Məmmədov Yusif Fuad oğlu, Məmmədov Pərviz Cəbrayıl oğlu və axtarış və götürmə zamanı fotoşəkil çəkən polis tərəfindən ofisə qoyulmasını təsdiq edir.  
  81. Beləliklə Konvensiyanın 3-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci, 10-cu, 11-ci, 13-cü, 14-cü və həmin maddələrlə birlikdə götürülməklə Konvensiyanın 18-ci maddəsinin pozuntusu baş vermirşdir.
  82. Göstərilənlərə əsasən,  

XAHİŞ EDİRİK

  1.  Abbasova Sevinc Vaqif qızına və Həsənov Ülvi Faxrəddin oğluna qarşı irəli sürülmüş AR CM-nin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə irəli sürülmüş ittihamlar üzrə bəraət verəsiniz.  
  2.  Abbasova Sevinc Vaqif qızına və Həsənov Ülvi Faxrəddin oğlunun Abbasova Sevinc Vaqif qızının, Həsənov Ülvi Faxrəddin oğlunun və qeyrilərinin barəsində cinayət işi üzrə icraata AR CPM-nin 39.1.1. və 39.1.2. maddəsinə əsasən xitam versəiniz və Abbasova Sevinc Vaqif qızı, Həsənov Ülvi Faxrəddin oğlunun və digər təqsirləndirilən şəxlərin İnsan hüquqlarının və əsas azadlıqların müdafisəi haqqında Konvensiyanın 3-cü, 5-ci, 6-cı, 7-ci, 8ci, 10-cu, 11-ci, 13-cü, 14-cü və həmin maddələrlə birlikdə götürülməklə Konvensiyanın 18ci maddəsinin pozuntusunun tanınması barədə qərar qəbul edəsiniz.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun