“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov azadlığa çıxıb.
Onun cəza müddəti bu gün başa çatıb və Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.
Əziz Orucov 2023-cü il noyabrın 27-də “icazəsiz ev tikintisi” ittihamı ilə həbs edilmişdi. Sonradan ona “valyuta qaçaqmalçılığı” ittihamı da verilsə də, istintaq yekununda bu maddə işdən çıxarılıb. 2024-cü il fevralın 26-da Səbail Rayon Məhkəməsi hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə jurnalist 2 il azadlıqdan məhrum edilmişdi.
Orucov ittihamları qəbul etmir və həbsini jurnalist fəaliyyətinə görə siyasi sifariş hesab edir. Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda 392 nəfər siyasi məhbus kimi tanınır.