Ali Məhkəmə “Kanal 13” rəhbərinin hökmünü qüvvədə saxlayıb

Ali Məhkəmə “Kanal 13” rəhbərinin hökmünü qüvvədə saxlayıb
13 Noyabr 2025
Mətni dəyiş

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində çıxarılmış hökmə qarşı verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Noyabrın 13-də Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, müdafiə tərəfinin kassasiya şikayəti təmin edilməyib və aşağı instansiya məhkəmələrinin qərarları qüvvədə saxlanılıb.

Sentyabrın 25-də Suraxanı Rayon Məhkəməsində Əziz Orucovun vaxtından əvvəl azad olunması ilə bağlı vəsatətə baxılmışdı. Həbsxana rəhbərliyinin müsbət rəyi və jurnalistin davamlı nevroloji müalicə almasına baxmayaraq, Ədliyyə Nazirliyinin mənfi rəyinə əsasən, məhkəmə onun azadlığa buraxılması barədə qərar qəbul etməmişdi.

Əziz Orucov 2023-cü il noyabrın 27-də “icazəsiz ev tikintisi” ittihamı ilə həbs olunub. Daha sonra ona “valyuta qaçaqmalçılığı” ittihamı da irəli sürülsə də, istintaq yekununda bu maddə çıxarılıb. 2024-cü il fevralın 26-da Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə jurnalist 2 il azadlıqdan məhrum edilib.

Orucov ittihamları qəbul etmir və həbsi jurnalist fəaliyyətinə görə siyasi motivli sayılır. Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda 392 nəfər siyasi məhbus kimi tanınır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun