DTX “Hürriyyət TV”nin redaksiyasında əməliyyat keçirib, baş redaktor saxlanılıb

DTX “Hürriyyət TV”nin redaksiyasında əməliyyat keçirib, baş redaktor saxlanılıb
30 Oktyabr 2025
Mətni dəyiş

“Hürriyyət TV” internet televiziyasının və eyniadlı qəzetin baş redaktoru Vüqar Məmmədovu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxladığı bildirilir.

Oktyabrın 29-da DTX əməkdaşları bu media qurumlarının yerləşdiyi redaksiyada əməliyyat keçirib. Əməliyyat zamanı redaksiyada axtarış aparılıb, kompüterlər və müxtəlif sənədlər müsadirə olunub.

“Azadlıq Radiosu”nun məlumatına görə, Vüqar Məmmədovla yanaşı bir neçə əməkdaş da saxlanılaraq DTX-ya aparılıb, lakin onlar daha sonra azad buraxılıblar.

Baş redaktorun saxlanıldığını onun yaxınları da təsdiqləyiblər. Onların bildirdiyinə görə, redaksiyada aparılan axtarışdan sonra hüquq-mühafizə orqanları Vüqar Məmmədovun evində də əməliyyat keçiriblər.

DTX əməliyyat və saxlanılma ilə bağlı hər hansı rəsmi açıqlama verməyib.

Bəzi hökumətyönlü media orqanları əməliyyatın Ramiz Mehdiyevin məsuliyyətə cəlb olunması məsələsi ilə əlaqədar ola biləcəyini yazır. Lakin bu məlumat rəsmi qaydada təsdiqlənməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun