Cəbrayıl və Zəngilanda aparılan bərpa və tikinti ilə bağlı layihələrdə müqavilə dəyərinin qiyməti, əməkhaqlarına əlavələr və tәchizatçı ilә bağlanılmış satınalma müqavilәsindә işlәrin dәyәri artırılması nəticəsində 1,8 mln. manat əlavə vəsait xərclənib
Hesablama Palatası Qarabağda aparılan yenidənqurma işlərində pozuntu halları aşkarlayıb. 2021-2023-cü illәri vә 2024-cü ilin ilk rübünü әhatə edən auditin nәticәlәrinə görə, dövlət büdcəsindən maliyyələşən layihələrin icrası zamanı yol verilən yeyintinin həcmi 1,8 mln. manat təşkil edib.
Audit “Cәbrayıl, Qubadlı vә Zәngilan rayonlarında bәrpa, tikinti vә idarәetmә xidmәti” publik hüquqi şәxsә ayrılan 156,6 mln. manatı əhatə edib. Qeyd olunan illərdə dövlәt sifarişli öhdәliklәrin icrası üzrә 8,5 mln. manat, layihәlәrin icrasına ayrılmış vəsait isə 148,1 mln. manat təşkil edib.
Rəyə görə, Cәbrayıl rayonu Horovlu kәnd yaşayış mәntәqәsindә qeyri-yaşayış obyektlәrinin tikintisi” vә “Cәbrayıl rayonu Horovlu kәnd yaşayış mәntәqәsindә 2, 3, 4 vә 5 otaqlı fәrdi yaşayış evlәrinin tikintisi” obyeki üzrә smeta vә müqavilәyә layihәdәki hәcmlәrdәn artıq hәcmin daxil edilmәsi işlәrin müqavilә dәyәrinin ümumilikdә 996046,52 manat artırılması ilә nәticәlәnib.
Xidmәt tәrәfindәn 2022-ci ildә dövlәt sifarişli öhdәliklәrin icrası üçün maliyyәlәşdirilmiş vәsaitin istifadәsindә bir mәnbәdәn satınalma metodu tәtbiq edilmәklә bağlanılmış әhәmiyyәtli sayda satınalma müqavilәlәri üzrә ehtimal olunan qiymәtin müәyyәnlәşdirilmәmәsi dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericilik aktlarının tәlәblәrinin gözlәnilmәmәsi ilә yanaşı rәqabәt mühitinin dә pozulmasına sәbәb olub.
Hesabatda bildirilib ki, “Zәngilan şәhәrindә yerlәşәn yaşayış mәhәllәsinin tikintisi işlәri obyekti” üzrә smeta sәnәdlәrinә vә müqavilәyә iş hәcmlәrinin artıq, digәr işlәrdә isә tikinti materialının dәyәrinin bәzi işlәrin qiymәtindә nәzәrә alınmasına baxmayaraq tәkrarәn, elәcә dә eyni işin qiymәtlәrinin fәrqli qiymәtlәrlә daxil edilmәsi obyektin müqavilә dәyәrinin 146942,89 manat artmasına sәbәb olub.
Zәngilan rayonu Ağalı kәndindә Xidmәtin strukturunda çalışan işğaldan azad edilmiş әrazilәrdә işlәyәn mütәxәssislәrin işinin xüsusiyyәtlәri nәzәrә alınmaqla mәskunlaşmaları ilә bağlı әmәyin ödәnişi üzrә qanunvericiliklә müәyyәn edilmiş әlavәnin düzgün tәtbiq edilmәmәsi hesablaşmada әsas olmadan ümumilikdә 137258.71 manat vәsaitin artıq ödәnilmәsi ilә nәticәlәnib.
Nәqliyyat xidmәtlәrinin satınalınması üzrә müqavilә öhdәliyindәn artıq xidmәtlәrin göstәrilmәsi vә dәyәrinin ödәnilmәsi müqavilә şәrtlәrinә riayәt edilmәmәklә yanaşı, dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericiliyin dә pozulmasına sәbәb olub.
Xidmәti istifadә mәqsәdi ilә "3 әdәd müvәqqәti yaşayış şәhәrciklәrinin tikintisi vә quraşdırılması" üçün keçirilmiş satınalma üzrә ehtimal olunan qiymәtin qanunvericiliklә müәyyәn edilmiş qaydada müәyyәnlәşdirilmәdәn 2 lot üzrә tenderә çıxarılması prosesindә eyniadlı avadanlığın dәyәrinin hәr iki satınalmanın iş hәcmlәrinә daxil edilmәsi vә müvafiq müqavilәlәrin bağlanılması dövlәt satınalmalarını tәnzimlәyәn qanunvericilik aktlarının tәlәblәrinin gözlәnilmәmәsi ilә yanaşı, tәchizatçı ilә bağlanılmış satınalma müqavilәsindә işlәrin dәyәrinin 522270,36 manat artırılması ilә nәticәlәnib
Hesablama Palatasının rəyində qeyd olunub ki, hesabatın nәticәlәr hissәsindә qeyd edilәn uyğunsuzluqlar istisna olmaqla digәr audit predmetlәri bütün әhәmiyyәtli aspektlәr baxımından tәtbiq edilәn meyarlara uyğundur.