16 il AFFA-ya rəhbərlik edən SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevi SOCAR-ın hazırkı prezidenti Rövşən Nəcəf əvəz etdi.
Bəs dövlət neft şirkəti və məmur idarəçiliyi Azərbaycan futboluna nə verdi? Azərbaycandan fərqli olaraq, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin futbol ənənəsində məmur idarəçiliyi yoxdur. Futbol federasiyalarının rəhbərləri əsasən idman keçmişi olan şəxslərdir.