III Respublika Platformasının spikeri Akif Qurbanov şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə onun vəkili Şəhla Hümbətova məlumat verib. O deyib ki, Cinayət Məcəlləsinin 206.3.2 – (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başladılıb və Akif Qurbanov bu iş çərçivəsində saxlanılıb.
Vəkil əlavə edib ki, Akif Qurbanovun evində aparılan axtarışlar zamanı heç nə tapılmayıb. Amma III Respublika Platformasının ofisindən 30 min avro pul “aşkarlandığı” bildirilib.